Nyu-Yorkda Kipr məsələsi üzrə 5+1 formatında qeyri-rəsmi görüş keçirilib


BMT-nin Nyu-Yorkdakı baş qərargahında Kipr məsələsinə dair 5+1 formatında (Türkiyə, Yunanıstan, Böyük Britaniya, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), yunan Kipri və BMT) iki günlük qeyri-rəsmi görüş keçirilib. SİA xəbər verir ki, geniş tərkibdə danışıqlar BMT-nin Baş katibi Antoniu Quterreşin adından verilən rəsmi naharla başlayıb.

Müzakirələrdə iştirak edənlər arasında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türkiyənin xarici işlər naziri Hakan Fidan da yer alır.

Türkiyə diplomatiyasının rəhbəri Ankara¬nın Kipr məsələsinin həlli ilə bağlı dialoqdan gözləntilərini bölüşüb.

“Türkiyə Kipr türklərinin hüquqlarının pozulduğu heç bir formulu qəbul etmir. Ankara danışıqlardan heç vaxt yayınmayıb və çox konstruktiv mövqe nümayiş etdirir”, – deyə H.Fidan bildirib və adada mövcud reallıqların tanınmasının Kiprin hər iki xalqının maraqlarına cavab verəcəyinə əminliyini ifadə edib.

Türkiyənin xarici işlər naziri, həmçinin tərəfləri qarşılıqlı faydalı həll yolları üzərində işləməyə çağırıb.

Əlaqəli Xəbərlər