AMB “Kabox”un lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Kashpay” əmtəə nişanının sahibi olan “Kabox” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən 18 sentyabr 2024-cü il tarixli lisenziyanı ləğv edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu qərar təşkilatın fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları səbəbi ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsasən qəbul edilib. Beləliklə, ödəniş bazarında lisenziyası olan təşkilatların sayı 27-yə düşüb. Hazırda 18 şirkət elektron pul təşkilatı, 7 şirkət ödəniş təşkilatı, “AzəriCard” və “Millikart” MMC-lər isə ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək…

Daha çox

İsrail evlərə və çadırlara zərbələr endirib

İsrail ordusunun Qəzza zolağında məcburi köçkünlərin sığındığı çadır və evlərə hücumları nəticəsində aralarında qadın və uşaqların da olduğu 16 fələstinli həlak olub, onlarla fələstinli yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxana mənbələrindən verilən məlumata görə, İsrail ordusu səhər saatlarında ölkənin cənubundakı Xan Yunus bölgəsində didərgin düşmüş mülki əhalinin sığındığı çadırları və evi hədəf alıb. Çoxlu sayda mülki şəxsin yaşadığı evə hücum nəticəsində ən azı 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Bəzilərinin dağıntılar altında qaldığı bildirilir. İsrailin pilotsuz təyyarəsinin Xan Yunisin qərbində çadırları hədəf alması nəticəsində bir qadın və…

Daha çox

“Zəngəzur dəhlizi yalnız tranzit koridor deyil,…”

“Azərbaycan üçün Zəngəzur dəhlizinin və Naxçıvan vasitəsilə ölkə ərazisindən keçidin kim tərəfindən idarə olunması məsələsi əsasən texniki və siyasi incəlikləri olan, lakin birbaşa Azərbaycanın maraqlarına ikinci dərəcəli təsir göstərən bir mövzudur. Əslində, Azərbaycanın prioriteti bu marşrutun fəaliyyəti və istifadəsində rahatlıq, təhlükəsizlik və maneəsizliyə təminat verilməsidir. Yəni, Azərbaycanın istənilən vətəndaşı və ya yükü ölkənin bir hissəsindən digər hissəsinə sərbəst şəkildə, vaxt itirmədən və problemlə qarşılaşmadan keçə bilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu məsələ yalnız ölkədaxili nəqliyyat və kommunikasiya üçün önəmli deyil, həm də…

Daha çox

“Böyük Qayıdış proqramı yalnız humanitar və sosial bir təşəbbüs deyil,…”

“Azərbaycanın Böyük Qayıdış proqramı çərçivəsində Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç prosesi ölkəmizin milli, sosial və strateji inkişafının mühüm mərhələsini təşkil edir. Dünən 43 ailədən ibarət 176 nəfərin doğma torpaqlarına qayıtması təkcə ərazi bərpasının deyil, həm də ölkənin uzunmüddətli təhlükəsizlik, iqtisadi və sosial-siyasi perspektivlərinin gerçəkləşdirilməsi istiqamətində atılan önəmli addımdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, bu hadisənin Azərbaycanın regional və daxili siyasətində böyük əhəmiyyət kəsb edir. Birincisi, geosiyasi təhlükəsizlik baxımından, işğaldan azad edilmiş ərazilərin məskunlaşması bölgədə demoqrafik və sosial sabitliyin təmin olunması üçün əsas…

Daha çox

Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur

“Ədliyyə Nəşriyyat Evi” MMC ləğv olunduğunu elan edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 1, mənzil 1 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Ədliyyə Nəşriyyat Evi”ni 2004-cü ildə Ədliyyə Nazirliyi yaradıb.

Daha çox

Türkiyədə 153 İŞİD üzvü saxlanıldı

Türkiyədə son iki həftədə 28 vilayətdə İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda terror təşkilatına üzv olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb. SİA“Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. DİN rəhbərinin sözlərinə görə, saxlanılan şəxslərin terror təşkilatına maliyyə yardımı etdikləri, sosial media hesabları vasitəsilə terror təbliğatı apardıqları müəyyən edilib.

Daha çox

Azərbaycanda vəkillərin sayı

Bu gün daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək Kollegiyaya üzv qəbul olunacaq. SİA xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib. Sədr çıxışında bildirib ki, 2018-ci ildən indiyədək vəkilliyə qəbul üçün ümumilikdə 15 test imtahanı keçirilib: “Bu müddət ərzində 6480 namizəd imtahanlara qatılıb, onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb and içərək Kollegiyanın üzvü olub. Bugünkü tədbirdə isə daha 77 yeni namizəd andiçmə mərasimində…

Daha çox

“Qənaətçi cəmiyyət daha fərqli yanaşmanı təmsil edir”

“İqtisadi sistemlərdə cəmiyyətin davranış modeli – yəni daha çox istehlaka, yoxsa qənaətə üstünlük verməsi – iqtisadi sabitlik, sosial rifah və davamlı inkişaf baxımından mühüm rol oynayır. “İstehlakçı” və “qənaətçi” cəmiyyət anlayışları iqtisadiyyatın müxtəlif prioritetlərini əks etdirir və hər bir yanaşmanın həm müsbət, həm də mənfi tərəfləri var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, istehlakçı yönümlü cəmiyyətin əsas prinsipi iqtisadi dövriyyəni istehlak üzərindən canlandırmaqdır. Daha çox istehlak daha çox tələb deməkdir, bu isə istehsalın artmasına, yeni iş yerlərinin açılmasına və innovasiyaların sürətlənməsinə səbəb olur: “İstehlakçılıq…

Daha çox

“Tramp aqressiv hərəkət edəcək…”

Belə ki, onun Ukraynadakı müharibəni bitirmək barədə təsəvvürü reallaşsın… ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün öz yanaşmalarını aqressiv şəkildə davam etdirəcək. SİA-nın məlumatına görə, “Ukrinform” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus deyib. …Düşünürəm ki, prezident bu qərarları verəcək adamdır və o, bu münaqişənin sona çatması ilə bağlı vizyonunun həyata keçirilməsinə əmin olmaq üçün buna aqressiv yanaşmaqda davam edir. Bryus belə deyib və həmçinin əlavə edib ki, prezident Tramp indi vəziyyəti qiymətləndirməkdə “olduqca şəffafdır” və səbir nümayiş…

Daha çox