Belçikanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Belçika Krallığının istehsalçı şirkəti “S.A. Corman”a məxsus kərə yağı məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Belçikanın aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə nəzarət tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı agentliyə ətraflı məlumat verilib. Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, Belçika tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza…

Daha çox

Suriyanın “druz” problemi

Suriyanın cənubundakı toqquşmalar Türkiyəni də ayağa qaldırıb Türkiyə Suriyanın cənubunda druzlar, bədəvilər və hökumət qüvvələri arasında baş verəcək genişmiqyaslı toqquşmaların şimal-şərqdə Kürd Xalq Müdafiə Birliklərini (YPG) səfərbər edəcəyindən ehtiyat edir. Suriya kürd liderləri, iyulun 13-dən bəri Suveyda əyalətində davam edən kütləvi qırğın fonunda, druz əhalisini xilas etmək cəhdi olaraq, quru dəhlizləri açıblar. İyulun 16-da Dəməşq xarici qüvvələrin aktiv müdaxiləsi fonunda ölkənin cənubunda atəşkəs elan edib. Lakin bu, gərginliyi azaltmayıb, bəzi druzlar bədəvilərlə hesablaşmağa davam ediblər. Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın şimal-şərqinə nəzarət edən “Kürd Xalq Müdafiə Birlikləri”nin (YPG)…

Daha çox

Bakıda ASOSAI və ARABOSAI-nın birgə toplantısı keçirilir

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə bu gün Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) və Ali Audit Orqanları Ərəb Təşkilatının (ARABOSAI) birgə toplantısı keçirilir. SİA xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Toplantıda əvvəlcə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyevin toplantı iştirakçılarına müraciətini səsləndirib.

Daha çox

“Əmlak bazarında yay mövsümündə stabillik davam edir”

“Hal-hazırda əmlak bazarında ciddi və nəzərəçarpan dinamik dəyişikliklər müşahidə olunmur. Qiymətlər əsasən sabitdir və bazarda böyük dalğalanmalar yoxdur. Bu vəziyyətin əsas səbəblərindən biri mövcud yay mövsümüdür ki, adətən bu dövrdə əmlak bazarında tələbat və fəaliyyət müəyyən qədər azalır”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bazarda əhəmiyyətli bir dəyişiklik yaşanmaması həm alıcıların, həm də satıcıların fəaliyyətdə ehtiyatlı olmalarından qaynaqlanır: “Ümumiyyətlə, bazarda stabilliyin qorunması, həmçinin yaxın gələcəkdə ciddi inzibati qərarların qəbul olunmaması ilə bağlıdır. Həmçinin dünya səviyyəsində makroiqtisadi səviyyədə mühüm proseslər baş verməzsə, məsələn,…

Daha çox

İlham Əliyev Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. SİA xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülmüş işlər barədə məlumat verdi. Xatırladaq ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub. Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb. Ağdam rayonu erməni…

Daha çox

Şənbə günü hava yağmursuz keçəcək

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu…

Daha çox

Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı avqustun 28-də keçirəcəyi hərraca 1 faydalı qazıntı yatağı çıxaracaq. Bu barədə SİA-ya Dövlət Xidmətindən bildirilib. Məlumata görə, bu, Ağsu rayonundakı “Qasımbəyli” qum-çınqıl yatağıdır. Başlanğıc qiyməti 58 000 manat olan yatağa sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 21 avqust 2025-ci il saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq. Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər…

Daha çox

YAP Səbail rayon təşkilatı Milli Mətbuat Gününü qeyd edib

İyulun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. SİA xəbər verir ki, sonra Dövlət Himni səsləndirilib. YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirin əhəmiyyətindən bəhs edərək, medianın milli maraqlara xidmət etməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, mətbuat cəmiyyətin güzgüsüdür: “Azərbaycan mətbuatı müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin təbliğində daim ön sırada dayanıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu…

Daha çox

AMB “E-manat”ın lisenziyasının qüvvəsini məhdudlaşdırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) “E-manat” əmtəə nişanının sahibi “Modenis” MMC-yə verdiyi 18 sentyabr 2024-cü il tarixli lisenziyanın qüvvəsini məhdudlaşdırıb. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Qurum xatırladıb ki, lisenziya “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti üçün verilib. Təşkilatın müraciətinə əsasən, onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib. “Modenis” fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcək.

Daha çox