Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2025-ci ilin birinci yarımili ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə SİA-ya Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, tarixi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub. Kollegiya iclası başlamamışdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərin əziz…
Daha çoxDay: July 18, 2025
Sloveniya İsrailin iki nazirini “persona non-qrata” elan edib
Sloveniyanın xarici işlər naziri Tanya Fajon İsrailin Qəzzaya hücumlarına görə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotrişi “persona non-qrata” elan etdiyini açıqlayıb. Fajon, Sloveniya Xarici İşlər Nazirliyinin X sosial media hesabında verdiyi məlumatda, İsrail siyasətçiləri Ben-Qvir və Smotriçin hökumətin iclasında Sloveniyada “persona non-qrata” elan edildiyini açıqlayıb. Nazir Fajon deyib: “Bu qərar Qəzzada dözülməz şəraiti yaxşılaşdırmaq və mülki əhalinin iztirablarına son qoymaq üçün İsrail hökumətinə təzyiq edir”. Bu qərarla Sloveniya israilli nazirlərə qarşı sanksiya tətbiq edən ilk Avropa İttifaqına (Aİ) üzv dövlət oldu. 4 iyun 2024-cü ildə…
Daha çoxYAP Pirallahı rayon təşkilatının təsis edilməsinin 12-ci ildönümü qeyd olunub
17 iyul 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis edilməsinin 12-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, YAP Təftiş Komissiyasının üzvü və Milli Məclisin deputatı Aydın Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vəzir Səfixanov və Zülfiyyə Məmmədhüseynova, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, şəhid ailələri, rayon ərazisində fəaliyət göstərən idarə, müəssisələrinin rəhbərləri və ərazi partiya təşkilat sədrləri, fəal gənclər iştirak…
Daha çoxBaş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib
Milli Mətbuat Günü münasibətilə Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirilib. SİA xəbər verir ki, tədbirdə Baş Prokurorluğun idarə və şöbə rəisləri, digər prokurorluq əməkdaşları, eləcə də onlayn və çap mediasının, televiziya və radio kanallarının nümayəndələri iştirak ediblər. Görüşün açılışında qonaqlar salamlanaraq, tədbirin əsas məqsədi – prokurorluq orqanları ilə media arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və gələcək hədəflərin müəyyən olunması kimi qeyd edilib. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev çıxış edərək, prokurorluq orqanları ilə media arasında düzgün, şəffaf və davamlı informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, mövcud əməkdaşlıq…
Daha çoxAzərbaycanda Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq
Nazirlər Kabineti “Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sisteminin yaradılması və tətbiqi istiqamətində tədbirlər görməlidir. Qaydalar layihələr üzrə hesabatlılığı, monitorinq prosedurlarını, nəticələrin qiymətləndirilməsini, eləcə də Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sisteminin monitorinq istiqaməti üzrə fəaliyyətlərini müəyyən edir. Layihələrin icrasının monitorinqini investisiya layihələrinin icrasına dair hesabatın monitorinqi və investisiya layihələrinin yerində monitorinqi şəklində İqtisadiyyat Nazirliyi həyata keçirir.
Daha çoxBakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirilib
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin dəstəyi, Türkiyə Mətbuat Federasiyası, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” təşkil edilib. SİA-ya xəbər verir ki, forumun açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, deputatlar Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova, Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan iştirak ediblər. Forum panel sessiya ilə davam etdirilir. PaneldəTürkiyənin tanınmış jurnalistləri – “Kanal D” televiziyasının Ankara nümayəndəsi Zəfər Şahin, “Hürriyyət” qəzetinin köşə yazarı Əbdülqadir Səlvi, “Axşam” qəzetinin Ankara nümayəndəsi Emin Bazarçı, “Türk Media”nın Ankara təmsilçisi Melih Yiğitəl,…
Daha çoxİspaniya sahillərini köpəkbalığı bürüyüb
Son vaxtlar İspaniya sahillərində görülən köpək balıqlarının sayında və növlərində artım müşahidə olunur. SİA xarici KİV-ə istinadən xəbər verir ki, son araşdırmalar göstərir ki, İspaniya sahillərində 45 müxtəlif növ köpəkbalığı üzür. Son illərdə köpəkbalığı müşahidələrinin artması həm çimərlikdə olanları, həm də bəzi sahillərdəki səlahiyyətliləri narahat edib. Günəş və dəniz turizminin ulduz ölkəsi olan İspaniyada son illərdə köpəkbalığı müşahidələrində ciddi artım müşahidə olunur. Bu balıqlar, ümumiyyətlə, insanlar üçün heç bir real təhlükə yaratmasa da, bəzi sahillərdə köpək balıqlarının olması çimərliyə gedənlər və turistlər arasında narahatlıq yaratmağa başlayıb. Bu yaxınlarda aparılan bir…
Daha çoxAzərbaycanda infrastruktur obyektlərinin də reyestri aparılacaq
Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi qeyri-yaşayış binası ilə yanaşı infrastruktur obyektləri ilə bağlı da aşağıdakı məlumatları uçot məqsədilə Reyestrə təqdim edəcək: – sifarişçisinin (sahibinin) adı; -ünvanı (olduqda); – əsas texniki göstəriciləri (faktiki); – tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin layihəçisi barədə məlumat…
Daha çoxİlham Əliyev Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib. SİA xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Ağdam Sənaye Parkı haqqında məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı…
Daha çoxOmbudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib. SİA xəbər verir ki, qəbul üçün müraciət etmiş şəxslərin hər biri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Bir sıra məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması məqsədilə müvafiq dövlət qurumlarına müraciət ediləcəyi qeyd olunub. Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün ənənəvi vasitələrlə yanaşı, Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, elektron poçt…
Daha çox