Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib

Milli Mətbuat Günü münasibətilə Baş Prokurorluqda media nümayəndələri ilə görüş keçirilib. SİA xəbər verir ki, tədbirdə Baş Prokurorluğun idarə və şöbə rəisləri, digər prokurorluq əməkdaşları, eləcə də onlayn və çap mediasının, televiziya və radio kanallarının nümayəndələri iştirak ediblər. Görüşün açılışında qonaqlar salamlanaraq, tədbirin əsas məqsədi – prokurorluq orqanları ilə media arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və gələcək hədəflərin müəyyən olunması kimi qeyd edilib. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev çıxış edərək, prokurorluq orqanları ilə media arasında düzgün, şəffaf və davamlı informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, mövcud əməkdaşlıq…

Daha çox

Azərbaycanda Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq

Nazirlər Kabineti “Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sisteminin yaradılması və tətbiqi istiqamətində tədbirlər görməlidir. Qaydalar layihələr üzrə hesabatlılığı, monitorinq prosedurlarını, nəticələrin qiymətləndirilməsini, eləcə də Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sisteminin monitorinq istiqaməti üzrə fəaliyyətlərini müəyyən edir. Layihələrin icrasının monitorinqini investisiya layihələrinin icrasına dair hesabatın monitorinqi və investisiya layihələrinin yerində monitorinqi şəklində İqtisadiyyat Nazirliyi həyata keçirir.

Daha çox

Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirilib

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin dəstəyi, Türkiyə Mətbuat Federasiyası, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” təşkil edilib. SİA-ya xəbər verir ki, forumun açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, deputatlar Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova, Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan iştirak ediblər. Forum panel sessiya ilə davam etdirilir. PaneldəTürkiyənin tanınmış jurnalistləri – “Kanal D” televiziyasının Ankara nümayəndəsi Zəfər Şahin, “Hürriyyət” qəzetinin köşə yazarı Əbdülqadir Səlvi, “Axşam” qəzetinin Ankara nümayəndəsi Emin Bazarçı, “Türk Media”nın Ankara təmsilçisi Melih Yiğitəl,…

Daha çox

İspaniya sahillərini köpəkbalığı bürüyüb

Son vaxtlar İspaniya sahillərində görülən köpək balıqlarının sayında və növlərində artım müşahidə olunur. SİA xarici KİV-ə istinadən xəbər verir ki, son araşdırmalar göstərir ki, İspaniya sahillərində 45 müxtəlif növ köpəkbalığı üzür. Son illərdə köpəkbalığı müşahidələrinin artması həm çimərlikdə olanları, həm də bəzi sahillərdəki səlahiyyətliləri narahat edib. Günəş və dəniz turizminin ulduz ölkəsi olan İspaniyada son illərdə köpəkbalığı müşahidələrində ciddi artım müşahidə olunur. Bu balıqlar, ümumiyyətlə, insanlar üçün heç bir real təhlükə yaratmasa da, bəzi sahillərdə köpək balıqlarının olması çimərliyə gedənlər və turistlər arasında narahatlıq yaratmağa başlayıb. Bu yaxınlarda aparılan bir…

Daha çox

Azərbaycanda infrastruktur obyektlərinin də reyestri aparılacaq

Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi qeyri-yaşayış binası ilə yanaşı infrastruktur obyektləri ilə bağlı da aşağıdakı məlumatları uçot məqsədilə Reyestrə təqdim edəcək: – sifarişçisinin (sahibinin) adı; -ünvanı (olduqda); – əsas texniki göstəriciləri (faktiki); – tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin layihəçisi barədə məlumat…

Daha çox

İlham Əliyev Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib. SİA xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Ağdam Sənaye Parkı haqqında məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı…

Daha çox

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib. SİA xəbər verir ki, qəbul üçün müraciət etmiş şəxslərin hər biri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Bir sıra məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması məqsədilə müvafiq dövlət qurumlarına müraciət ediləcəyi qeyd olunub. Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün ənənəvi vasitələrlə yanaşı, Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, elektron poçt…

Daha çox

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. İyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək. Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır.

Daha çox

Ermənistan həm ŞƏT-ə, həm də Aİ-yə daxil olmağa hazırlaşır

Ermənistan hakimiyyəti respublikanın Avropa İttifaqına və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) inteqrasiyasına ümid edir və hələ də KTMT-dən çıxmaqla hədələyir. Bunu respublikanın baş naziri Nikol Paşinyan geniş mətbuat konfransı zamanı deyib. Eyni zamanda, onun fikrincə, belə xarici siyasət Rusiya ilə qarşıdurmaya gətirib çıxarmır. Əksinə, Moskva ilə İrəvan arasında münasibətlər əvvəlkindən daha yaxşı olmalıdır. “Biz ŞƏT-ə üzv olmaq üçün müraciət etmişik. Bu, balanslaşdırılmış xarici siyasətimizin məntiqinə uyğundur”, – hökumət başçısı vurğulayıb. O, Ermənistanın artıq bu təşkilatda müşahidəçi statusuna malik olduğunu da xatırladıb. Paşinyanın sözlərinə görə, hazırda ŞƏT substantiv və struktur dəyişiklikləri müzakirə…

Daha çox

Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb. SİA nazirliyə istinadən xəbər verir ki, nazir əvvəlcə Kəlbəcər rayonunda ölkə Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Nümayəndəliyin əməkdaşları ilə görüşüb. Görüşdə işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı, qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, bu sahədə cari vəziyyət və monitorinqlərin aparılması, Kəlbəcərdə keçirilməsi nəzərdə tutulan bal festivalının təşkilati məsələləri, aqroturizm təsərrüfatlarının yaradılması məsələləri müzakirə olunub. Səfər çərçivəsində nümayəndə heyəti rayon ərazisində yeni istifadəyə…

Daha çox