Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan üç pilotsuz təyyarəni vurub.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin öz Telegram kanalında məlumat verib. Mer əlavə edib ki, dağıntıların olduğu yerdə fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir.
O, hadisə ilə bağlı pilotsuz uçan aparatın dəqiq yeri, itkilər və yerə dəyən ziyan kimi başqa təfərrüatları açıqlamayıb.
Son beş saat ərzində Sobyanin Moskvaya doğru hərəkət edən beş pilotsuz təyyarənin vurulduğunu bildirib.
O, başqa məlumat verməyib.
Əli Babayev