İyulun 18-də ABŞ-ın Los-Anceles şəhərində təlim müəssisəsində partlayış baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ baş prokuroru Pam Bondi “X”də bildirib. O, partlayış nəticəsində 3 nəfərin öldüyünü bildirib. Daha sonra “Fox News” həlak olanların şerifin üç müavini olduğu barədə məlumat yayıb. İlkin məlumata görə, partlayış asayiş keşikçiləri hərbi sursatları bir yerdən başqa yerə daşıyarkən baş verib.