Putin Qərbin qazdan imtina edərək ayağına necə atəş açdığını izah edib?





Vladimir Putin hasilatın dayandırılmasını Avropa İttifaqının Rusiya qazını almaqdan imtinasının nəticəsi adlandırıb



…Rusiya prezidenti Vladimir Putin Rusiya qazından imtinanın Avropa iqtisadiyyatı üçün mənfi nəticələrindən danışıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Rusiya Gübrə İstehsalçıları Assosiasiyasının rəhbəri Andrey Quryevlə görüşdə deyib.

Quryev qeyd edib ki, hazırda Avropa İttifaqında neft-kimya kompleksi praktiki olaraq dayanıb. Buna cavab olaraq Vladimir Putin əlavə edib ki, eyni aqibət Avropada şüşə istehsalının da başına gəlib.

Dövlət başçısının sözlərinə görə, bu qərar “bütün mənfi nəticələrə” gətirib çıxarıb.

Bu problemlərin səbəbi Avropa İttifaqının Rusiya Federasiyasından ucuz enerji resurslarının payını azaltmaq siyasəti olub..?

TASS xəbər agentliyi görüş və prezidentin sözləri ilə bağlı məlumat yayıb.

Rusiyada bəzi istehsalçılar, məsələn, EFKO, öz zavodlarında fəaliyyətini bərpa edərkən, digərləri saxtakarlığa görə cərimələrlə hədələnsə də, prezident Avropada sənaye ilə baş verənləri qiymətləndirib..?

Əli Babayev

Əlaqəli Xəbərlər