…Rusiya Dövlət Dumasının deputatı və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikov ABŞ prezidenti Donald Trampın BRİKS-in rolunun zəifləməsi ilə bağlı açıqlamalarını şərh edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Novikov hesab edir ki, Tramp istədiyini reallıq kimi təqdim edir.
Deputat hesab edir ki, BRİKS ölkələri ən böyük və sürətlə inkişaf edən iqtisadi potensiala malikdir.
…Və Tramp bunu anlayır və təşkilatın təsirini azaltmağa çalışır, lakin bu barədə sanki onun hərəkətləri artıq nəticə veribmiş kimi danışır.
Novikov hesab edir ki, tariflər və siyasi təzyiqlər vasitəsilə BRİKS-i zəiflətmək cəhdləri ABŞ administrasiyasının beynəlxalq məsələlərə destruktiv yanaşmasından xəbər verir.
Deputat əlavə edib ki, BRİKS ölkələrinin rəhbərlərinə bu cür təzyiqlər etmək mənasızdır, çünki onların böyük təcrübəsi var.
Əli Babayev