Vyetnamda qayığın batması nəticəsində 27 nəfər ölüb


Vyetnamın Halonq buxtasında turist qayığının batması nəticəsində azı 27 nəfər ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yerli vaxtla saat 14:00 radələrində baş verən hadisəyə səbəb “Vifa” qasırğasının gətirdiyi güclü külək olub. Qayıqda 53 nəfər olub. Xilasedicilər 11 nəfəri sudan sağ çıxarıb. Tapılan 27 meyitdən 11-i uşaqdır. Hazırda itkin düşənlərin axtarışları davam edir.

Qeyd edək ki, paytaxt Hanoydan 200 kilometr məsafədə yerləşən Halonq buxtası çoxsaylı qaya adaları ilə dünyada məşhur turizm məkanıdır. Hər gün, xüsusən yay turizm mövsümündə yüzlərlə qayıq yerli və əcnəbi turistlər buxtaya gəzintiyə aparır.

Əlaqəli Xəbərlər