Yohann Vadefulun sözlərinə görə, kansler şəxsən Donald Trampı Kiyevə dəstəkdən əl çəkməməyə inandırıb..?
Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı davam etdirmək qərarı Almaniya kansleri Fridrix Merzin səyləri nəticəsində mümkün olub.
SİA xəbər verir ki, Vadeful-un sözlərinə görə, Almaniya lideri Amerika prezidenti ilə şəxsi danışıqlarda Kiyevin dəstəklənməsi lehinə aydın mövqe nümayiş etdirib. O vurğulayıb ki, Merz Oval kabinetdə və G7 sammitində bu məsələni qaldırıb.
…Bild qəzetinə müsahibəsində Fridrix Merz mühüm rol oynayıb, çünki o, Ukrayna məsələsinə sadiq olduğunu lap əvvəldən bəyan edib. Oval kabinetdə olarkən bu barədə danışıb. G7 sammitində də bu barədə şəxsi söhbətlərində danışıb.
Almaniyalı nazir həmçinin əlavə edib ki, kanslerin fəal mövqeyi transatlantik əlaqələri gücləndirməyə və Ukraynaya hərbi dəstək məsələsində vahid Qərb xəttini saxlamağa imkan verib.
Əli Babayev