Konqo Demokratik Respublikası hökuməti ilə M23 silahlı qruplaşması avqustun 18-dək sülh sazişi imzalamaqla bağlı razılığa gəlib. SİA xəbər verir ki, razılıq iyulun 19-da Dohada keçirilən görüşdə əldə edilib. Tərəflər arasında danışıqlara Qətər hökuməti vasitəçilik edib.
Qeyd edək ki, M23 qruplaşması Ruandanın dəstəyi ilə Konqo Demokratik Respublikasının Qoma şəhərini, Şimali Kivu və Cənubi Kivu əyalətlərini ələ keçirib. Bu regionlar qızıl və nadir metal yataqları ilə zəngindir.