Əs-Suveyda silahlı toqquşmalar tamamilə dayandırıldı

Suriyada yerli Əs-Suveyda şəhərində silahlı toqquşmalar tamamilə dayandırılıb. SİA SANA agentliyinə istinadla xəbər verir ki, bunu Suriyanın keçid hökumətindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin əl-Baba deyib. “Hazırda Əs-Suveydada qeyri-qanuni silahlı qruplaşmaların yaraqlıları yoxdur və bütün şəhərdə qarşıdurmalar dayanıb”, – deyə əl-Baba bildirib. Qeyd edək ki, bir az əvvəl Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa bu şəhərdə atəşkəs elan edib.

Daha çox

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

Konqo Demokratik Respublikası hökuməti ilə M23 silahlı qruplaşması avqustun 18-dək sülh sazişi imzalamaqla bağlı razılığa gəlib. SİA xəbər verir ki, razılıq iyulun 19-da Dohada keçirilən görüşdə əldə edilib. Tərəflər arasında danışıqlara Qətər hökuməti vasitəçilik edib. Qeyd edək ki, M23 qruplaşması Ruandanın dəstəyi ilə Konqo Demokratik Respublikasının Qoma şəhərini, Şimali Kivu və Cənubi Kivu əyalətlərini ələ keçirib. Bu regionlar qızıl və nadir metal yataqları ilə zəngindir. Bütün xəbərlər Facebook səhifəmizdə Your browser does not support the video tag. Sizin reklam yeriniz

Daha çox

“Vifa” qasırğasına görə 500 uçuş təxirə salındı

Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görə ilin ən yüksək həyəcan səviyyəsi – T8 elan edilib, 500-dən çox uçuş təxirə salınıb. SİA Çin mediasına istinadla xəbər verir ki, gecəyarı qüvvəyə minən T8 xəbərdarlığı iyulun 20-də bütün günü qüvvədə olacaq. Proqnozlara görə “Vifa” səhər saatlarında Mirvari çayının deltasına olduqca yaxın, Honkonqdan təxminən 50 kilometr cənubda olacaq. Honkonq beynəlxalq hava limanından bildiriblər ki, iyulun 20-də saat 6:00-dan axşam 12:00-dək heç bir təyyarə havaya qalxmayacaq. Bununla belə, hazırda uzaq məsafələrdən Honkonq istiqamətində uçuş yerinə yetirən az sayda təyyarənin enişinə icazə veriləcək. Ümumilikdə,…

Daha çox

İstanbul hava limanı yenə dünyanın ən yaxşısı seçildi

Türkiyənin İstanbul hava limanı dalbadal iki dəfə dünyanın ən yaxşı aeroportu seçilib. Bu göstərici ABŞ-ın səyahət və istirahət mövzularında ixtisaslaşmış beynəlxalq “Travel and Leisure” jurnalı tərəfindən keçirilən “Dünyanın ən yaxşı on beynəlxalq hava limanı” sorğusuna əsasən müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu açıqlayıb. Nazir qeyd edib ki, bununla yanaşı, iyulun 18-də həyata keçirilən 1695 hava hərəkəti ilə İstanbul hava limanı açıldıqdan bəri ən yüksək gündəlik uçuş sayına çatıb.

Daha çox

Biz indi beynəlxalq səhnədə daha fəalıq

Biz indi beynəlxalq səhnədə daha fəalıq. Bizim digər ölkələr arasında vasitəçilik səylərinə gəldikdə, bunlar tam aydındır. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirib. Dövlətimizin başçısı əlavə edib ki, biz beynəlxalq ictimaiyyətin fəal üzvüyük və fərqli beynəlxalq iştirakçılarla güclü münasibətlərimiz var. Düşünürük ki, onlar daha mühüm, daha əhəmiyyətli rol oynaya bilərlər. Ən azı daha geniş regional məsələlərdə rol oynaya bilərlər.

Daha çox

Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və…

Biz güclü ölkəyik, güclü iqtisadiyyatımız var, xarici borcumuz ÜDM-in 6,9 faizini təşkil edir. Əlbəttə ki, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib. “Biz yoxsulluğu 5 faizə salmışıq və Fransaya gəldikdə, bu, xeyli çoxdur”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, təbii, bu, bizim reallığımızdır. “Bu, bizim torpağımızdır. Bu, bizim həyatımızdır və istərdik ki, Azərbaycan xalqına hörmətlə yanaşsınlar. Səmimi desək, biz artıq öz səylərimizi göstərdik…

Daha çox

“Vifa” qasırğasına görə Honkonqda 500 uçuş təxirə salınıb

Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görə ilin ən yüksək həyəcan səviyyəsi – T8 elan edilib, 500-dən çox uçuş təxirə salınıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, gecəyarı qüvvəyə minən T8 xəbərdarlığı iyulun 20-də bütün günü qüvvədə olacaq. Proqnozlara görə “Vifa” səhər saatlarında Mirvari çayının deltasına olduqca yaxın, Honkonqdan təxminən 50 kilometr cənubda olacaq. Honkonq beynəlxalq hava limanından bildiriblər ki, iyulun 20-də saat 6:00-dan axşam 12:00-dək heç bir təyyarə havaya qalxmayacaq. Bununla belə, hazırda uzaq məsafələrdən Honkonq istiqamətində uçuş yerinə yetirən az sayda təyyarənin enişinə icazə veriləcək. Ümumilikdə,…

Daha çox

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib

Prezident İlham Əliyev görüşdə iştirak edib -YENİLƏNİB İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb. Sonda birgə foto çəkdirilib.

Daha çox

Latviya hakimiyyəti minə yaxın rusu ölkədən qovmaq istəyir…

Latviya hakimiyyəti Avropa İttifaqında daimi yaşayış statusu almamış Rusiya vətəndaşlarına ölkəni tərk etməyi əmr edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi bildirib. Agentliyin məlumatına görə, 841 Rusiya vətəndaşı Latviyada qalma müddətinin uzadılması üçün tələb olunan sənədləri təqdim etməyib. Nəticədə onlar 2025-ci il noyabrın 30-dək ölkəni tərk etməlidirlər. LETA xəbər verir ki, tədbir 2024-cü ilin iyununda qəbul edilmiş İmmiqrasiya Aktına edilən dəyişikliklərin nəticəsidir. Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi aydınlaşdırıb ki, hər hansı bir Rusiya vətəndaşı Latviyada qalmaq istəyirsə, o, daimi yaşayış icazəsi üçün…

Daha çox

Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb

Bu gün də qeyd etdiyim kimi, bu iki məsələ, – Ermənistan Konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, – həll edilən kimi sülh müqaviləsi imzalana bilər. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib. “Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır.…

Daha çox