Yaxın illərdə Almaniya elektrik enerjisi çatışmazlığı riski ilə üz-üzə qala bilər. SİA xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, Almaniyada günəş və külək enerjisi parklarının kütləvi şəkildə inşası özünü doğrultmaya bilər.
Daha çoxDay: July 20, 2025
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib, Prezident İlham Əliyev görüşdə iştirak edib
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb. Moderator – “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspun: Zati-aliləri cənab Prezident. Xanımlar və cənablar, hörmətli qonaqlar. III Şuşa Qlobal Media Forumuna xoş gəlmisiniz. Biz Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində sizi görməkdən şadıq. Bizim üçün xüsusi olaraq bu gün burada hörmətli media peşəkarlarını, fikri formalaşdıran rəhbərləri və…
Daha çoxBu gün yağış yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, yarımadanın bəzi yerlərində 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.…
Daha çoxDağıstanda dəhşətli qəza olub
Dağıstanda dəhşətli qəza olub
Daha çoxİranın şimalında güclü zəlzələ olub
İranın şimalında 5,6 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. “Zəlzələ UTC vaxtı ilə 21:37-də (bazar günü Bakı vaxtı ilə 01:37) İranın 244 min nəfərdən çox əhalisi olan Qorqan şəhərindən 46 kilometr aralıda baş verib”, – məlumatda deyilir. Mərkəz qeyd edib ki, tələfat və dağıntılar barədə məlumat yoxdur.
Daha çoxToxuma xərçənginin analizini yaxşılaşdıran alət hazırlanıb
Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) tədqiqatçıları insan toxumasında hüceyrə tiplərinin öyrənilməsini asanlaşdıran, xərçəng araşdırmalarında inqilabi rol oynaya biləcək yeni bir alət “OmicsTweezer” hazırlayıblar. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, yeni alət biopsiya yolu ilə əldə olunan toxuma nümunələrindəki hüceyrə tərkibini dəqiqliklə analiz etməyə imkan verir. “OmicsTweezer” bu məqsədlə böyükhəcmli bioloji məlumatları təhlil etmək üçün süni intellektin bir qolu olan dərin öyrənmə (deep learning) və optimal daşıma (optimal transport) kimi qabaqcıl maşın tədqiqatı metodlarından istifadə edir. Tədqiqatın nəticələri “Cell Genomics” jurnalında dərc olunub. Layihənin baş müəllifi, OHSU-nun dosenti Zenq…
Daha çoxƏs-Suveyda silahlı toqquşmalar tamamilə dayandırıldı
Suriyada yerli Əs-Suveyda şəhərində silahlı toqquşmalar tamamilə dayandırılıb. SİA SANA agentliyinə istinadla xəbər verir ki, bunu Suriyanın keçid hökumətindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin əl-Baba deyib. “Hazırda Əs-Suveydada qeyri-qanuni silahlı qruplaşmaların yaraqlıları yoxdur və bütün şəhərdə qarşıdurmalar dayanıb”, – deyə əl-Baba bildirib. Qeyd edək ki, bir az əvvəl Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa bu şəhərdə atəşkəs elan edib.
Daha çoxKonqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib
Konqo Demokratik Respublikası hökuməti ilə M23 silahlı qruplaşması avqustun 18-dək sülh sazişi imzalamaqla bağlı razılığa gəlib. SİA xəbər verir ki, razılıq iyulun 19-da Dohada keçirilən görüşdə əldə edilib. Tərəflər arasında danışıqlara Qətər hökuməti vasitəçilik edib. Qeyd edək ki, M23 qruplaşması Ruandanın dəstəyi ilə Konqo Demokratik Respublikasının Qoma şəhərini, Şimali Kivu və Cənubi Kivu əyalətlərini ələ keçirib. Bu regionlar qızıl və nadir metal yataqları ilə zəngindir. Bütün xəbərlər Facebook səhifəmizdə Your browser does not support the video tag. Sizin reklam yeriniz
Daha çox“Vifa” qasırğasına görə 500 uçuş təxirə salındı
Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görə ilin ən yüksək həyəcan səviyyəsi – T8 elan edilib, 500-dən çox uçuş təxirə salınıb. SİA Çin mediasına istinadla xəbər verir ki, gecəyarı qüvvəyə minən T8 xəbərdarlığı iyulun 20-də bütün günü qüvvədə olacaq. Proqnozlara görə “Vifa” səhər saatlarında Mirvari çayının deltasına olduqca yaxın, Honkonqdan təxminən 50 kilometr cənubda olacaq. Honkonq beynəlxalq hava limanından bildiriblər ki, iyulun 20-də saat 6:00-dan axşam 12:00-dək heç bir təyyarə havaya qalxmayacaq. Bununla belə, hazırda uzaq məsafələrdən Honkonq istiqamətində uçuş yerinə yetirən az sayda təyyarənin enişinə icazə veriləcək. Ümumilikdə,…
Daha çoxİstanbul hava limanı yenə dünyanın ən yaxşısı seçildi
Türkiyənin İstanbul hava limanı dalbadal iki dəfə dünyanın ən yaxşı aeroportu seçilib. Bu göstərici ABŞ-ın səyahət və istirahət mövzularında ixtisaslaşmış beynəlxalq “Travel and Leisure” jurnalı tərəfindən keçirilən “Dünyanın ən yaxşı on beynəlxalq hava limanı” sorğusuna əsasən müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu açıqlayıb. Nazir qeyd edib ki, bununla yanaşı, iyulun 18-də həyata keçirilən 1695 hava hərəkəti ilə İstanbul hava limanı açıldıqdan bəri ən yüksək gündəlik uçuş sayına çatıb.
Daha çox