Turist gəmisi batdı

Xilasetmə xidmətləri Vyetnamın şimalında Cənubi Çin dənizində Halong körfəzində turist qayığının batması nəticəsində ölən daha 4 nəfərin cəsədini tapıb. SİA xəbər verir ki, bu barədə VTC xəbər portalı məlumat yayıb. Qeyd olunub ki, faciə nəticəsində ölənlərin sayı 38-ə çatıb. İyulun 20-də səhər saat 7:00-a (Bakı vaxtı ilə 03:00) operativ qərargahdan beş nəfərin hələ də itkin düşdüyü barədə məlumat daxil olub. Qəza yerində axtarış-xilasetmə işləri gecə ərzində güclü külək və yağışla müşayiət olunan əlverişsiz hava şəraitində davam etdirilib. Ölənlərin və yaralıların axtarışına kömək etmək üçün 30-u dalğıc da daxil olmaqla 1000-ə…

Daha çox

Ukrayna mediası Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışına geniş yer ayırıb

Ukrayna mediası iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda çıxışını, jurnalistlərin suallarına cavabını geniş işıqlandırıb. SİA xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “UNİAN”, “Azadlıq” radiosunun Ukrayna redaksiyası, “Qordon” nəşri, “Korrespondent”, “Tsensor” informasiya agentlikləri, xəbər portalları və Ukraynanın digər media orqanlarında Azərbaycanın dövlət başçısının fikirləri dərc edilib. Məqalələrdə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna münaqişələrinə, “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Rusiya ərazisində vurulmasına dair fikirləri yer alıb. Dövlətimizin başçısına istinadla qeyd olunur ki, Azərbaycan 7…

Daha çox

ABŞ-da avtomobil izdihama çırpılıb, yaralılar var

ABŞ-ın Los-Anceles şəhərində avtomobilin izdihama çırpılması nəticəsində 30-dan çox adam xəsarət alıb. SİA “ABC News”a istinadla xəbər verir ki, gecə klubunun qarşısında baş verən hadisənin motivləri hələlik məlum deyil. Hadisə zamanı sürücü özü də xəsarət alıb. Ona tibbi yardım göstərildikdən sonra həbs edilib. Zərərçəkənlərdən çoxu qadındır. Hadisə yerinə çox sayda xilasedici və polis əməkdaşı cəlb edilib.

Daha çox

Ərdoğan ŞKTC-yə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının 51-ci ildönümü münasibətilə keçiriləcək mərasimlərdə iştirak etmək üçün bu gün Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. SİA xəbər verir ki, o, səfər çərçivəsində Kipr Prezidenti Ersin Tatarla görüşəcək, Türkiyənin dəstəyi ilə həyata keçirilən bəzi layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edəcək. Ərdoğan 20 İyul Sülh və Azadlıq Günü Rəsmi Mərasimində də çıxış edəcəyi bildirlir.

Daha çox

3-cü Şuşa Qlobal Media Forumu işinə davam edir

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun ikinci günü başlayır. SİA xəbər verir ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak edir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var. Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur. Xatırladaq ki, forumun birinci günü…

Daha çox

Trampın ultimatumu Kremldə ciddi qəbul edilmədi

Donald Trampın Kiyevlə 50 gün ərzində razılığa gəlmək üçün Moskvaya verdiyi ultimatum, deyəsən, Kremldə o qədər də təəssürat yaratmayıb. ABŞ-dan daha qətiyyətli addımlar atılmalıdır. SİA xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb. “Tramp əmin idi ki, Rusiya rəhbərliyi bu 50 gün ərzində yeni sanksiyalar təhlükəsini ciddi qəbul edəcək və Ukraynada sülhün bərqərar olması istiqamətində real addımlar atacaq. Lakin ABŞ prezidentinin təhdidlərini səsləndirməsindən demək olar ki, bir həftə keçir və Moskva Ukrayna ilə danışıqlara maraq göstərmir. Trampın mühüm açıqlaması Moskvada təşvişlə deyil, rahatlıqla qarşılanıb. Moskva birjası 2,7%, Rusiya rublu…

Daha çox

Qasırğaya görə 500 uçuş təxirə salındı

Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görə ilin ən yüksək həyəcan səviyyəsi – T8 elan edilib, 500-dən çox uçuş təxirə salınıb. SİA Çin mediasına istinadla xəbər verir ki, gecəyarı qüvvəyə minən T8 xəbərdarlığı iyulun 20-də bütün günü qüvvədə olacaq. Proqnozlara görə “Vifa” səhər saatlarında Mirvari çayının deltasına olduqca yaxın, Honkonqdan təxminən 50 kilometr cənubda olacaq. Honkonq beynəlxalq hava limanından bildiriblər ki, iyulun 20-də saat 6:00-dan axşam 12:00-dək heç bir təyyarə havaya qalxmayacaq. Bununla belə, hazırda uzaq məsafələrdən Honkonq istiqamətində uçuş yerinə yetirən az sayda təyyarənin enişinə icazə veriləcək. Ümumilikdə,…

Daha çox

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib, Prezident İlham Əliyev görüşdə iştirak edib

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb. Moderator – “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspun: Zati-aliləri cənab Prezident. Xanımlar və cənablar, hörmətli qonaqlar. III Şuşa Qlobal Media Forumuna xoş gəlmisiniz. Biz Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində sizi görməkdən şadıq. Bizim üçün xüsusi olaraq bu gün burada hörmətli media peşəkarlarını, fikri formalaşdıran rəhbərləri və…

Daha çox