Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görə ilin ən yüksək həyəcan səviyyəsi – T8 elan edilib, 500-dən çox uçuş təxirə salınıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, gecəyarı qüvvəyə minən T8 xəbərdarlığı iyulun 20-də bütün günü qüvvədə olacaq. Proqnozlara görə “Vifa” səhər saatlarında Mirvari çayının deltasına olduqca yaxın, Honkonqdan təxminən 50 kilometr cənubda olacaq. Honkonq beynəlxalq hava limanından bildiriblər ki, iyulun 20-də saat 6:00-dan axşam 12:00-dək heç bir təyyarə havaya qalxmayacaq. Bununla belə, hazırda uzaq məsafələrdən Honkonq istiqamətində uçuş yerinə yetirən az sayda təyyarənin enişinə icazə veriləcək. Ümumilikdə,…
Daha çoxDay: July 20, 2025
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib
Prezident İlham Əliyev görüşdə iştirak edib -YENİLƏNİB İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb. Sonda birgə foto çəkdirilib.
Daha çoxLatviya hakimiyyəti minə yaxın rusu ölkədən qovmaq istəyir…
Latviya hakimiyyəti Avropa İttifaqında daimi yaşayış statusu almamış Rusiya vətəndaşlarına ölkəni tərk etməyi əmr edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi bildirib. Agentliyin məlumatına görə, 841 Rusiya vətəndaşı Latviyada qalma müddətinin uzadılması üçün tələb olunan sənədləri təqdim etməyib. Nəticədə onlar 2025-ci il noyabrın 30-dək ölkəni tərk etməlidirlər. LETA xəbər verir ki, tədbir 2024-cü ilin iyununda qəbul edilmiş İmmiqrasiya Aktına edilən dəyişikliklərin nəticəsidir. Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi aydınlaşdırıb ki, hər hansı bir Rusiya vətəndaşı Latviyada qalmaq istəyirsə, o, daimi yaşayış icazəsi üçün…
Daha çoxErmənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Bu gün də qeyd etdiyim kimi, bu iki məsələ, – Ermənistan Konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, – həll edilən kimi sülh müqaviləsi imzalana bilər. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib. “Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır.…
Daha çoxAvropada dağlara susuz gedən turistlər çətinliklə sağ qalıblar…
…Altı turist Avropadakı dağları fəth etmək qərarına gəliblər, Belə ki, onlar dağa yürüş edərkən özləri ilə su götürməyiblər və bir müddət sonra təhlükə siqnalı göndəriblər. SİA xəbər verir ki, bu barədə Cronica Balear (CB) nəşri məlumat yayıb. Deməli, ötən cümə axşamı üç turist 8-14 yaşlarında üç uşaqla İspaniyanın Mayorka adasındakı Torrent de Pareis çayı üzərindəki dağlara gediblər. Gəzinti zamanı onlar özləri ilə su gətirmədiklərini, ciddi şəkildə susuz qaldıqlarını və həddindən artıq yüksək temperaturda çətinliklə sağ qala biləcəklərini başa düşüblər. Serra de Tramuntana dağ silsiləsinin mərkəzində onlar xilasediciləri çağırıblar. Helikopterlə hadisə…
Daha çoxCənubi Qafqaz sabit məkan olacaq
Cənubi Qafqaz sabit məkan olacaqdır. Bizə sabitlik, təhlükəsizlik lazımdır. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib. Cənubi Qafqazın əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olduğunu, Qafqaz xalqlarının çox əziyyət çəkdiklərini xatırladan dövlətimizin başçısı qeyd edib: “Ona görə də kifayətdir. Biz artıq sülh şəraitində yaşamalıyıq”.
Daha çoxRusiyada hər beşinci tibb bacısı işinin birinci ilində işdən çıxır…
Rəsmi statistikaya görə, tibb bacılarının 21 faizi ilk iş ilində işdən çıxıb. Bəzi bölgələrdə bu rəqəm 40 faiz və daha çox olur. SİA-nın məlumatına görə, rusların səhiyyə nazirliyi səlahiyyətlisi Rusiya səhiyyəsində kadr dəyişikliyi ilə bağlı məlumatları açıqlayıb. Pensiya Fondu ilə birgə araşdırmaya görə, hər beşinci tibb bacısı (21 faiz) işə başladığı ilk il ərzində işdən çıxır. Yeni işə qəbul olunan 69 min mütəxəssisdən 15 minə yaxını bir il belə peşəsində qalmır. Bölgədən asılı olaraq vəziyyət xeyli dəyişir. İvanovo və Xerson bölgələrində, həmçinin Çukotka və Yamalda ixtisar nisbəti 15 faizdən çox…
Daha çoxPrezident öz siyasətinin təməl prinsiplərini sadalayıb
Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb – xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etmək. SİA xəbər verir ki, dövlətimizin başçısı özünü risklərdən qorumaq üçün coğrafiyadan istifadə etməyin vacibliyini də vurğulayıb. “Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətinizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu işdə coğrafiyanın mühüm rolu olub”, – deyə Prezident İlham Əliyev bildirib. O, həmçinin…
Daha çox“Mən sizə əmr edirəm: kim irəli getməsə, güllələyin…”
Rusiya dəniz piyadaları komandiri yaralıların güllələnməsi əmrini verib..? Ukrayna kəşfiyyatı radioya müdaxilə dərc edib… …Rusiya Sakit Okean Donanmasının 155-ci ayrı dəniz briqadasında komandirlər öz yaralı əsgərlərinin güllələnməsi əmrini verirlər. SİA-nın məlumatına görə, müvafiq radio dinləmə Ukrayna kəşfiyyatçıları tərəfindən açıqlanıb. Bu barədə Telegram-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Yayımlanan audioqəbuledicidə bölmə komandiri tabeliyində olanlara eyni briqadadan olan yaralı əsgəri öldürməyi açıq şəkildə əmr edir. …Dəniz Piyadaları Korpusunda heç bir xəstə insan yoxdur – var canlılar, bir də var ölülər. Onların da başqa variantları…
Daha çox“Biz sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk”
Prezident İlham Əliyev Media Forumunda Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranı ilə bağlı fikirlərini bölüşüb. SİA xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı qeyd edib: “Onlar (Avropa İttifaqı – red.) Rusiya qazından imtina etmək niyyətindədir. Biz bunu heç vaxt nəzərə almamışıq. Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdəki Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi. Biz…
Daha çox