Rusiyanın ən böyük taxıl rayonları məhsulun dağılması ilə üz-üzədir…

Son beş illikdə ən minimum məhsul… …Kənd Təsərrüfatı Bazarının Öyrənilməsi İnstitutunun proqnozuna görə, Rusiyanın cənubundakı əsas taxıl rayonları – Rostov vilayəti, Krasnodar və Stavropol diyarları bu il son 5 ildə ən az taxıl məhsulu yığacaqlar. SİA-nın məlumatına görə, hər üç bölgə güclü quraqlıqla üzləşib və fermerlər bunun çoxillik rekordları qırdığını deyirlər. Cümə günü Kuban qubernatoru Veniamin Kondratyev regionun daha 8 rayonunda, o cümlədən qışlıq əkinlərin əsas hissəsinin cəmləşdiyi şimal rayonlarında fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib. Bundan əvvəl Krasnodar diyarının 9 rayonunda, eləcə də Rostov…

Daha çox

Prezident qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, dövlətimizin başçısı bildirib: “Təəssüf ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardırlar. Onlar da gözəl bilirlər ki, nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi – etiraf etmək, öz…

Daha çox

Rusiyanın dərinliklərində hədəflərə hücum edə bilən gizli qırıcı…

Təyyarə Typhoon və F-35A-nı əvəz etmək üçün nəzərdə tutulub… …Böyük Britaniya Yaponiya və İtaliya ilə birlikdə yeni altıncı nəsil flaqman qırıcısının yaradılması üzərində işləyir ki, bu da Rusiya ilə NATO arasında müharibə olacağı təqdirdə Rusiya ərazisindəki hərbi hədəflərə yanacaq doldurmadan çata və hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmadan onlara hücum edə biləcək. SİA xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Britaniyada Tempest adlanan səsdən sürətli gizli qırıcı böyük ölçülərə sahib olacaq ki, əlavə yanacaq çənləri, əhəmiyyətli həcmdə faydalı yük, silah və texniki avadanlıqlar təyyarənin içərisinə…

Daha çox

“ABŞ Prezidenti Donald Trampa çox minnətdarıq”

Azərbaycan və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ABŞ Prezidenti Donald Trampa çox minnətdarıq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə bildirib. Dövlət başçısı qeyd edib: “Onun (ABŞ Prezidenti – red.) beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də özünün diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir çox səbəbdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”na gəldikdə, onu dibinə qədər qurutsun”.

Daha çox

İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik

İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik. Bu, bizim gündəliyimizdə dayanan əsas prioritetlərdən biridir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib. “COP29-un sədri kimi mən bəyan etdim ki, bizim inkişaf edən kiçik ada dövlətləri ilə xüsusi əməkdaşlıq formatımız olacaq, çünki onlar üçün hədə ekzistensionaldır. Biz bunu bilirik, çünki onların mövcudluğu, ümumiyyətlə, okeanın səviyyəsindən asılıdır”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Daha çox

Ukrayna üçün ən cəhənnəm gecələrindən biri..?

…Hərbi ekspert, birinci rütbəli kapitan Vasili Dandıkin bildirib ki, Pavloqrad arxa bazadır, Ukraynanın Donetsk Xalq Respublikasında (DXR) əməliyyatlar üçün maddi-texniki təchizatının mühüm elementidir. SİA-nın məlumatına görə, o, Lenta.ru ilə söhbətində fikirlərini bölüşüb. Bundan əvvəl Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Ukraynada ötən gecəni ən cəhənnəm gecələrindən biri hesab etmək olar. O qeyd edib ki, Dnepropetrovsk vilayətindəki strateji mərkəzin bombalanması təxminən altı saat davam edib. Hərbi ekspert xatırladıb ki, Rusiya Silahlı Qüvvələri artıq Dnepropetrovsk vilayətinə daxil olub və orada təhlükəsizlik zonası yaradır. Eyni zamanda, Pavloqrad logistika, anbarlar, silahlar,…

Daha çox

Səhər yeməyi üçün düzgün vaxt həyatınıza 20 il əlavə edə bilər…

Həkim mənə dedi ki, ilk yemək nə vaxt olmalıdır… …Ekspress, II tip diabet və ürək xəstəliyi kimi ciddi sağlamlıq problemləri riskini əhəmiyyətli dərəcədə azalda bilən müəyyən bir pəhriz olduğunu bildirib. SİA xəbər verir ki, İTV-nin səhər verilişlərinin birində danışan nevroloq və “F-Bomb Longevity Made Easy” kitabının müəllifi Culiya Cons səhər saat 11:00-dan sonra səhər yeməyi yeməli olduğunuzu söyləyib. Bu sadə vərdiş ömrünüzü 20 il uzatmağa kömək edəcək. Culiaya görə, sistemimizin istirahətə ehtiyacı var və siz 16 saat yemək yeməməklə (gecə yatdığınız vaxt da daxil olmaqla)…

Daha çox

Mən süni intellektdən istifadə etmirəm

Mən özüm süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərim var ki, ondan istifadə edirlər. Mənə də bəzən bu barədə məlumat verirlər. Amma yəqin ki, nə vaxtsa mən də istifadə edəcəyəm. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib. “Çünki süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizi bildiyimiz meyarlardan uzaqlaşdırmasın”, – deyə dövlətimizin başçısı əlavə edib.

Daha çox

Çexiya marixuananı qanuniləşdirib…

Artıq vətəndaşlara evdə üç kol yetişdirməyə icazə verilir… …Çexiya prezidenti Petr Pavel marixuananın qismən dekriminallaşdırılmasını nəzərdə tutan qanunu təsdiqləyib. SİA xəbər verir ki, bu barədə MSN məlumat yayıb. Yeni qaydalara əsasən, artıq vətəndaşlara evdə 3-ə qədər çətənə bitkisi yetişdirmək və 100 qramdan çox olmayan maddə saxlamaq icazəsi verilir. Evdən kənarda üzərinizdə 25 qrama qədər olmasına icazə verilir. 100-200 qram marixuana saxlamağa və ya dörd-beş bitki yetişdirməyə görə inzibati cəza nəzərdə tutulur. Daha böyük miqdarlar yenə də cinayət kimi təsnif ediləcək. Qanunun qarşısını almaq cəhdi Çexiyanın…

Daha çox

YAP nümayəndə heyəti ŞKTR-nın parlamentini ziyarət edib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) parlamentinin sədri Ziya Öztürklər 20 İyul – Sülh və Azadlıq Günü münasibətilə Lefkoşada səfərdə olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyevi və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, görüş zamanı iki qardaş ölkə arasında siyasi əməkdaşlığın dərinləşməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında partiyalararası əlaqələrin inkişafının əhəmiyyətindən danışan Z.Öztürkler Şimali Kiprin Milli Birlik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı təmaslardan məmnunluğunu ifadə edib, bu əməkdaşlığın Türk dünyasının siyasi həmrəyliyinə töhfə verdiyini vurğulayıb.…

Daha çox