Rusiyanın ən böyük taxıl rayonları məhsulun dağılması ilə üz-üzədir…





Son beş illikdə ən minimum məhsul…



…Kənd Təsərrüfatı Bazarının Öyrənilməsi İnstitutunun proqnozuna görə, Rusiyanın cənubundakı əsas taxıl rayonları – Rostov vilayəti, Krasnodar və Stavropol diyarları bu il son 5 ildə ən az taxıl məhsulu yığacaqlar.

SİA-nın məlumatına görə, hər üç bölgə güclü quraqlıqla üzləşib və fermerlər bunun çoxillik rekordları qırdığını deyirlər.

Cümə günü Kuban qubernatoru Veniamin Kondratyev regionun daha 8 rayonunda, o cümlədən qışlıq əkinlərin əsas hissəsinin cəmləşdiyi şimal rayonlarında fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.

Bundan əvvəl Krasnodar diyarının 9 rayonunda, eləcə də Rostov vilayətinin 19 rayonunda fövqəladə vəziyyət tətbiq edilib ki, bu da ölkənin ümumi taxıl məhsulunun demək olar ki, 10 faizini təşkil edir.

Kondratyev cümə günü şikayət edib ki, “…rütubət çatışmazlığı səbəbindən məhsullar quruyur və kiçilərək zəif olur”.

Kuban hakimiyyətinin məlumatına görə, payızlıq buğda bitkilərinin yarısından az hissəsi (45 faiz) “yaxşı vəziyyətdədir”.

AKKOR Kənd Təsərrüfatları Assosiasiyasının Kuban bölməsinin rəhbəri Aleksandr Şipulin, quraqlığa meylli bölgələrdə taxıl məhsuldarlığının ən azı yarıya düşəcəyini proqnozlaşdırır.

…Əksər hallarda üç, hətta dörd dəfə aşağı ola bilər,- deyə həyəcan təbili çalır.

…Və fermerlərin taxıl istehsalı üçün çəkdikləri xərclər özünü doğrultmayacaq və geri qaytarılmayacaq. Taxıl yığımında lider region olan Rostov vilayəti bu il onillikdən sonra minimum məhsul alacaq,-deyə vilayət qubernatoru səlahiyyətlərini icra edən Yuri Slyusar daha əvvəl xəbərdarlıq etmişdi.

Ötən il bir neçə şaxta dalğasından sonra rayonda nəzərdə tutulan 16 milyon ton əvəzinə cəmi 11,4 milyon ton məhsul yığılıb.

Bu il isə məhsul daha 20 faiz azala bilər.

…Amma Rusiya Kənd Təsərrüfatı Nazirliyi nikbinlik yaymaqda davam edir: onun proqnozuna görə, bu il ölkədə ümumi taxıl yığımı ötən ilki 5 milyon tondan çox olacaq və 135 milyon ton təşkil edəcək.

Buna baxmayaraq, departament etiraf edir ki, iyulun 2-nə məhsul yığımı ötən illə müqayisədə 4,3 dəfə az olub – 16,5 milyon tona qarşı 3,8 milyon ton.

Məhsuldarlıq təxminən dörddə bir azalıb – 41 sentner/ha-dan 31 sentnerə düşüb.

Cənub Federal Dairəsində yığımlar 5,7 dəfə azalaraq 2 milyon tona, Şimali Qafqazda isə 3 dəfə azalaraq 1,5 milyon tona düşüb.

Kənd Təsərrüfatı Bazarının Öyrənilməsi İnstitutu qeyd edir ki, cənub bölgələrinin problemləri Volqa bölgəsində “normal”, Uralsda isə “çox yaxşı” məhsul ilə qismən kompensasiya ediləcək.

İnstitutun proqnozuna görə, Rusiya bu il 130 milyon ton taxıl, o cümlədən 84 milyon ton buğda yığacaq. Ancaq bu rəqəmlər çox güman ki, azalacaq,

Kənd Təsərrüfatı Bazarının Öyrənilməsi İnstitutunun rəhbəri Dmitri Rılko xəbərdar edir ki, “…biz çox güman ki, daha bir yığcam məhsul görəcəyik. Bununla yanaşı, Rusiyada iki əsas məhsulun – ərzaq buğdasının və arpanın keyfiyyəti üçün də risklər var”.

Əli Babayev

Əlaqəli Xəbərlər