Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında və 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin yaxınlığında (üzü mərkəz istiqamətində) minib-düşmə yerləri istifadəyə verilib.
Qeyd edilib ki, minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, həmçinin təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.