İsrail ordusunun Yəmənin qərbindəki Əl-Hüdeydə limanına hava hücumu təşkil etdiyi bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, hava hücumları Yəmənin qərbində, İranın dəstəklədiyi Əl-Hudeydə limanında husilərin mövqelərini hədəf alıb.
Hücumların husilərin İsraili hədəf alan raket və pilotsuz təyyarə atəşinə cavab olaraq həyata keçirildiyi bildirilir. Bu arada İsrailin müdafiə naziri Yisrael Katz Yəməni təhdid edən açıqlama verib. Husilərin İsrailə raket hücumları üçün “ağır bədəl ödəyəcəklərini” iddia edən Katz deyib: “Yəmənin taleyi Tehranın taleyi kimi olacaq”.
Husilər Əl-Hudeydə limanına hücumları ilə bağlı hələ bir açıqlama verməyiblər.