Putin bu il müharibəni dayandıracaq

Vladimir Putin böyük ehtimalla bu il Ukraynaya qarşı müharibəni bitirmək istəyir, çünki Rusiya iqtisadiyyatı bu vəziyyəti daha çox davam etdirə bilməz. SİA xəbər verir ki, bunu avstraliyalı hərbi analitik Mayk Ryan deyib. “Bu gün Moskva bir çox ciddi problemlərlə üz-üzədir və bu problemlərin müharibə davam etdiyi müddətdə asan həlli görünmür. Söhbət iqtisadi çətinliklərdən, Quru Qoşunlarının döyüş qabiliyyətinin xeyli zəifləməsindən, ordunun ehtiyaclarını qarşılamaq üçün Şimali Koreya və Çindən asılı vəziyyətə düşməsindən və eyni zamanda ABŞ prezidentindən gələn siyasi təzyiqlərdən gedir. İyun ayında Putinin verdiyi açıqlamada 2025-ci ildən etibarən hərbi xərcləri azaldacaqlarını…

Daha çox

Kiyevə kütləvi hava hücumu olub

Gecə saatlarından başlayaraq, Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə kütləvi və çoxkombinasiyalı hava hücumu edib. SİA-nın verdiyi məlumata görə, şəhərə ilkin olaraq kamikadze dronları ilə hücum edilib, partlayış səsləri eşidilib. Kiyev şəhər meri Vitali Kliçko “Telegram” səhifəsində məlumat verib, paytaxtın Darnitski rayonunda yanğın baş verib. Bir nəfərin öldüyü məlum olub. Dneprovski rayonunda uşaq bağçasının binasında yanğın olub. “Lukyanovskaya” metro stansiyasının girişinə ziyan dəyib, yaralıların olduğu deyilir. Qeyd edək ki, paytaxt Kiyevdən başqa Ukraynanın Lvov, Poltova, Vinnitsa, Xarkov, Nikolayev, Odessa və digər vilayətlərinə də hava hücumu olub.

Daha çox

Bu gün 41 dərəcə isti olacaq

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın…

Daha çox

Güclü meşə yanğını ABŞ-ı yenidən cənginə aldı

Bu il ABŞ-da ən böyük yanğın Oreqon ştatında 38 min hektar ərazini əhatə edir. SİA xəbər verir ki, bu barədə “NBC News” yanğınsöndürmə xidmətlərinə istinadla məlumat yayıb. Yanğın indi 95,740 hektardan çox ərazini (38,000 hektardan çox) əhatə edib. Yayılmaqda davam edərsə, 2025-ci ildə ABŞ-da ilk meqa yanğın olacaq. Yanğının söndürülməsində 900-dən çox yanğınsöndürən iştirak edir. Hazırda alov 49% söndürülüb. Milli İdarələrarası Yanğın Mərkəzinin məlumatına görə, ilin əvvəlindən ABŞ-da 40 934 meşə yanğını baş verib ki, bu da son on ildə ən yüksək göstəricidir.

Daha çox

Türkiyədə ağır qəza olub

Türkiyənin Sivas vilayətinin İmranlı rayonunda, Kızıldağ aşırımı ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. SİA xəbər verir ki, qəza nəticəsində 3 nəfər həyatını itirib, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisəyə avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Daha çox

5,8 bal gücündə zəlzələ baş verdi

Kamçatka sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 158 km aralıda, 58,4 km dərinlikdə yerləşib. “Hadisənin əhali üçün heç bir təhlükəsi yoxdur. Əvvəllər 7,6 bal gücündə silsilə təkanlardan sonra elan edilən sunami təhlükəsi ləğv edilib”, – xidmətdən aydınlıq gətirilib. Son 24 saat ərzində rayon ərazisində silsilə zəlzələlər (4 baldan 6,7 bala qədər) qeydə alınıb.

Daha çox

Pavloqradda partlayışlar baş verdi

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində yenidən partlayışlar baş verib. SİA yerli mediaya istinadən xəbər verir ki, hərbçilər dron hücumu ilə bağlı xəbərdarlıq ediblər. “Pavloqradda güclü partlayış səsləri eşidilib”, – deyə bildirilir. Əlavə informasiya verilmir.

Daha çox

Siciliya adasında meşə yanğınları başlayıb

İtaliyanın Siciliya adasında meşə yanğınları baş verib. SİA xəbər verir ki, adanın qərbində bir neçə bölgədə başlayan yanğının bəzi kiçik yaşayış məntəqələri üçün təhlükə yaratdığı bildirilir. Yanğının söndürülməsinə mülki müdafiə qüvvələri, təyyarə və helikopterlər cəlb olunub. Yanğınlar daha çox Palermo, Trapani və Kataniya bölgələrində qeydə alınıb. Güclü külək yanğınsöndürmə işlərini çətinləşdirir. Siciliya Regional Mülki Müdafiə Departamenti iyulun 21-i üçün güclü yanğın riski ilə bağlı qırmızı xəbərdarlıq elan edib.

Daha çox