22 iyul 2025-ci il tarixində bütün Azərbaycan milli mətbuatımızın 150 illik yubileyini qeyd edir. Bu möhtəşəm yubiley, 1875-ci ildə Həsən bəy Zərdabi ilə başlanan maarifçilik yolunun, Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi neçə-neçə ziyalıların davam etdirdiyi böyük bir irsin bayramıdır. Bu irs yalnız jurnalistikamızın deyil, bütövlükdə milli kimliyimizin, ictimai fikrimizin formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə media məkanında yeni bir mərhələ başladı. Latin qrafikalı əlifbaya keçid milli mediamızın Türk Dünyasına, ümumilikdə müasir dünyaya…
Daha çoxDay: July 21, 2025
Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyəti Atatürkün xatirəsini anıb
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bazar ertəsi, iyulun 21-də Ankaraya səfəri çərçivəsində Türkiyənin qurucusu və birinci Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib. SİA xəbər verir ki, nümayəndə heyətinin üzvləri görkəmli dövlət xadiminin məzarı önünə əklil qoyublar. Azərbaycanın Baş prokuroru fəxri qonaqlar kitabını imzalayıb. Nümayəndə heyətini ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov müşayiət edib. Proqram çərçivəsində növbəti dəfə Azərbaycanın Baş prokuroru Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğunda olacaq, burada Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ilə görüşəcək.
Daha çox“Azərbaycanın Qarabağda keçirdiyi tədbirlərin və uğurların önəmi çox vacibdir”
“Təbii ki, forumla bağlı təəssüratlarım çoxdur. Həm bir insan kimi, həm də uzun müddət sonra vətənə dönüb bu cür tədbirdə iştirak edən biri kimi deyə bilərəm ki, bu, mənim ikinci dəfə forumda iştirakım oldu. Əvvəlki dəfə Şuşada olmuşdum, indi isə Xankəndidə keçirilən tədbirdə iştirak etdim. Burada gördüyünüz kimi müxtəlif mövzular müzakirə olunur”. Bu sözləri 3-cü Şuşa Qlobal Media Forumu zamanı SİA-ya açıqlamasında Ramiz Yunus deyib. Onun sözlərinə görə, bu forumda Amerika və Yaponiyadan tutmuş çoxsaylı ölkələrdən iştirakçılar var. Əlbəttə ki, bu, çox önəmli bir hadisədir. Uzun illər işğal altında olan…
Daha çoxEmin Əmrullayevin Oğuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil naziri Emin Əmrullayevin 25 iyul 2025-ci il tarixində Oğuz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə SİA-ya ETN-dən məlumat verilib. Bildirilib ki, vətəndaş qəbulu iyulun 29-da keçiriləcək. Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
Daha çox“Gənclərin xaricə miqrasiyası ölkədə kadr çatışmazlığı və sosial dəyişiklik yaradır”
“Son illərdə gənclərin xaricə miqrasiya meyli Azərbaycan cəmiyyətində ciddi sosial və iqtisadi dəyişikliklərə yol aça bilər. İlk növbədə, bu proses ölkədə əmək resurslarının azalmasına səbəb olur. İxtisaslı və gənc işçi qüvvəsinin kütləvi şəkildə xaricə üz tutması daxili bazarda kadr çatışmazlığı yaradır, xüsusilə texnologiya, mühəndislik və səhiyyə kimi sahələrdə peşəkar mütəxəssislərin sayı azalır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, bu da uzunmüddətli perspektivdə iqtisadi inkişaf tempinə mənfi təsir göstərə bilər: “Sosial baxımdan, gənclərin kütləvi miqrasiyası ailə strukturlarında parçalanmaya gətirib çıxarır. Valideynlər və övladlar arasında məsafə…
Daha çoxIII Şuşa Qlobal Media Forumu yeni dövrün çağırışlarını Xankəndidən dünyaya çatdırır
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün ardınca “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumuna ev sahibliyi edən Xankəndi şəhəri özünün timsalında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərini, tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı digər reallıqları beynəlxalq ictimaiyyətə növbəti dəfə təqdim etdi. Dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönələn Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi…
Daha çoxSevinc içində kədər: hamiləlik depressiyası nədir?
Hamiləlik depressiyası — qadının hamiləlik dövründə yaşadığı, əhval-ruhiyyədə davamlı eniş, ümidsizlik, həvəsizlik və enerjisizlik kimi əlamətlərlə müşayiət olunan psixi pozuntudur. Bu vəziyyət, doğum sonrası depressiyadan fərqli olaraq, hamiləlik zamanı (adətən birinci və ya üçüncü trimestrdə) baş verir və kifayət qədər ciddi təsirlərə malik ola bilər. SİA mövzu ilə bağlı araşdırma aparıb. Yaranma səbəbləri Hamiləlik depressiyası müxtəlif bioloji, psixoloji və sosial amillərin birgə təsiri ilə meydana çıxır. Əsas səbəblərə bunlar daxildir: Hormonal dəyişikliklər: Estrogen və progesteron səviyyəsindəki kəskin dəyişikliklər beyində serotonin və dopamin kimi əhval-ruhiyyəyə təsir edən neyrotransmitterlərin fəaliyyətinə təsir göstərə…
Daha çoxSon altı ayda 300-ə yaxın müəllifin əsəri qeydiyyatdan keçirilib
Bu ilin altı ayı ərzində 289 müəllifin 391 əsəri qeydiyyatdan keçirilib. SİA-ya xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyində jurnalistlərlə görüşdə məlumat verilib. Qeyd edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 133 əsər çoxdur. Bundan başqa, ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair Agentliyə 200 iddia sənədi (2024-cü ilin müvafiq hesabat dövründə 142 iddia senadi), o cümlədən ixtiraya aid 142 (2024-cü ilin müvafiq hesabat dövründə 104), faydalı modelə aid 27 (2024-cü ilin müvafiq hesabat dövründə 22), sənaye nümunəsinə aid 31 (2024-cü ilin müvafiq hesabat dövründə…
Daha çoxDənizkənarı Milli Parkın ərazisindəkı sahibkarlara istehlakçı hüquqları izah olunub
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Dənizkənarı Milli Parkın ərazisində fəaliyyət göstərən sahibkarlara istehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələblərini izah edib, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verib. SİA bu barədə Dövlət Agentliyə istinadən xəbər verir Məlumata görə, bununla bağlı keçirilmiş tədbirdə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində çalışan sahibkarlar iştirak ediblər. Qurumun İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış edərək istehlakçı hüquqları, mövcud problemlər və onların həlli yolları, eləcə də sahibkarların bu sahədə…
Daha çoxÖlkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış
Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvoluna çevrilən Xankəndi şəhəri iyulun 19-da mühüm beynəlxalq toplantıya ev sahibliyi edib. Həmin günü Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Forumun məhz Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir. Bu torpaqlar artıq təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda, beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoymasının ən aydın göstəricilərindəndir. 52…
Daha çox