QHT sədri Rumıniyada ekoloji təcrübə proqramında iştirak edib

Azərbaycan qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyəti Almaniya Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə Rumıniyanın Qalaç şəhərinə işgüzar səfər edib. Tədbirdə iştirak edən “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva bildirib ki, səfərin əsas məqsədi tullantıların idarə olunması, eyni zamanda ekoloji layihələrin həyata keçirilməsi və tullantıların yenidən emalı ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsindən ibarət olub. R. Mehtiyeva qeyd edib ki, nümayəndə heyəti səfər çərçivəsində Qalaç şəhərinin müxtəlif bələdiyyələrində və tullantıların çeşidlənməsi məntəqələrində və Aşağı Dunay universitetində görüşlər keçiriərək,sahə üzrə hər iki tərəfin nümayəndələri ilə qarşılıqlı müzakirələr aparıblar. Onlar həmçinin əhaliyə…

Daha çox

Azərbaycan IMF-lə əməkdaşlığı dərinləşdirmək istəyir

Azərbaycan və Beynəlxalq Valyuta Fondu (IMF) arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi və gələcək potensial əməkdaşlıq imkanları müzakirə olunub. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Taleh Kazımov IMF-in ölkə üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik eydiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qlobal iqtisadi trendlər, inflyasiya gözləntiləri, pul siyasətinin ötürücülüyü, banklararası bazarın inkişafı, həmçinin maliyyə sektorunun sabitliyi və dayanıqlılığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha çox

Rusiya batır, başqalarını da…

Dünyanın ən zəngin ölkəsi (bu, Rusiyadır) dünyanın müxtəlif qaynar nöqtələrində bilavasitə, yaxın qonşuları ilə birbaşa müharibələrə qoşulması şimal qonşumuzu dizə gətirib. Yəni, Rusiya artıq iqtisadi, siyasi, hərbi və hətta mənəvi cəhətdən çökür. Həm də, bu çöküşün geri dönüşü yoxdur. SSRİ-nin varisi olan bu ölkənin məhvə doğru iri addımlarla irəliləməsini hətta, qonşu Ermənistanda da təsdiq edirlər. Ermənilər yazırlar ki, Rusiya çökür, dağılır və tənəzzülə uğrayır. Belə olduğu halda onun yanında durmaq çox təhlükəlidir. Çünki yıxılsa Ermənistanı da çəkib özü ilə aparacaq. Ermənilər yazır: Bu, sadəcə bir növ heyrətamiz və sonsuz absurd…

Daha çox

Zinyət əşyası alan müştərilərə niyə qəbz verilmir?

“Qəbz təqdim olunmaması, xüsusilə bəzi sahələrdə – o cümlədən ziynət əşyaları və geyim satışında – hələ də rast gəlinən ciddi vergi pozuntularından biridir. Müştəriyə alış zamanı kassa çeki və ya elektron qəbz verilməməsi vergidən yayınma halı kimi qiymətləndirilir və bu cür hallar qanunvericiliyə ziddir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib. Eyyub Kərimli sözlərinə belə davam edib: “Vergi Məcəlləsinə əsasən, pərakəndə ticarətlə məşğul olan sahibkarlar satış əməliyyatını sənədləşdirmək və alıcıya rəsmi ödəniş sənədi təqdim etmək öhdəliyinə malikdirlər. Bu tələb həm şəffaf maliyyə dövriyyəsinin təmin olunması, həm də dövlətin…

Daha çox

Regionun maraqlarını təmin edən MÖVCUD GEOSİYASİ VƏZİYYƏT

Bütün dünyanın gözü önündə Qafqaz kəskin şəkildə dəyişir və yeni reallıqları hər kəs qəbul etməkdədir. Sözsüz ki, 44 günlük müharibə və Azərbaycanın mükəmməl qələbəsinə qədər Qafqazı məhz təkcə xüsusi maraqları deyil, Rusiyanın prioritet təsir dairəsi adlandırmaq olardı, amma indi belə bir fikrə də düşmək mümkün deyil. Hazırda hansısa müstəsna təsirləri istər xarici oyunçular, istərsə də region ölkələrinin özləri belə qətiyyən qəbul etmirlər. Hansısa manevrlər üçün imkanın belə olmadığı göz önündədir və dəyişən regional geosiyasi dizayn tamamilə fərqlidir. Fərqli olan məhz Cənubi Qafqazda mövcud geosiyasi vəziyyətdir… Müşahidə edilən kardinal geosiyasi dəyişikliklər…

Daha çox

Məcnun Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək

İyulun 25-də saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (051-791-00-78) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Daha çox

Azərbaycan və Şimali Makedoniya enerji, ticarət və investisiya tərəfdaşlığını müzakirə edib

Azərbaycan və Şimali Makedoniya arasında enerji, ticarət və investisiya tərəfdaşlığının perspektivləri müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, işgüzar səfər çərçivəsində Şimali Makedoniyanın Assambleyasının sədri Afrim Qaşi ilə görüşündə ölkələr arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial olduğu qeyd edilib. “İşgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Assambleyasının sədri Afrim Qaşi ilə görüşümüzdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial olduğunu qeyd etdik. Enerji, ticarət və investisiya tərəfdaşlığının perspektivlərini müzakirə etdik”, – deyə nazir bildirib.

Daha çox

Belçikada islamofob və antitürk əhval-ruhiyyə hökm sürür

Belçikada anti-Azərbaycan kampaniyası aparan KİV-ləri və QHT-ləri Belçika hakimiyyəti və Corc Soros maliyyələşdirir Azərbaycanın iqtisadi, sosial, siyasi, hərbi və digər sahələr üzrə gücünün artması, nüfuzunun yüksəlməsi bəzi xarici dövlətləri ciddi şəkil də narahat edir. Bu səbəbdən də, müxtəlif iyrənc vasitə və üsullardan istifadə etməklə görülən fundamental işlərə, qazanılan möhtəşəm uğurlara kölgə salmağa çalışırlar. Xüsusilə də bu cür çirkin kampaniyada Avropa İttifaqı və onun idarə edilməsində aktivlik nümayiş etdirən Fransa, Almaniya, Belçika, Niderland və digər ölkələr fəallıq nümayiş etdirdikləri görünür. Bu ölkələrinin başında isə Fransanın durduğu şübhəsizdir. Çünki Fransa Avropa İttifaqının…

Daha çox

Ailəni dağıdaraq azadlıq qazanmaq olarmı?

Müasir dövrdə azadlıq anlayışı o qədər təhrif olunub ki, artıq insanlar ailə dəyərləri ilə azadlığı bir arada təsəvvür etməkdə çətinlik çəkir. Xüsusilə də son illərdə televiziya, radio və sosial şəbəkələrdə qadın azadlığı və ailə münasibətləri haqqında yayılan verilişlər, mövzular və debatlar cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Bəs bu narahatlıq nədən qaynaqlanır? “Azadlıq” adı altında ailəyə edilən zərbə Artıq efirlərdə demək olar ki, hər gün ailə məsələləri müzakirə olunur: “qadın ərinə tabesizlik göstərdi”, “ər həyat yoldaşına xəyanət etdi”, “gəlin qayınanaya hörmətsizlik etdi”, “uşaq atılıb”, “qadın azadlığını tələb etdi” və s. Ən təhlükəlisi…

Daha çox

Dünya mətbuatı III Qlobal Media Forumunda Prezident İlham Əliyevini çıxışından əsas məqamları işıqlandırmaqda davam edir

Dünyanın nüfuzlu mətbuat orqanları Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından əsas məqamları işıqlandırmaqda davam edir. SİA xəbər verir ki, Çinin Sinxua agentliyinin “Azərbaycan Prezidenti Çinlə qarşılıqlı etimadın yüksək səviyyəsini alqışlayıb” sərlövhəli məqalə dərc edib. Yazıda qeyd olunub ki, Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib, son dövrlərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə dəfələrlə görüşmək imkanı olduğunu, bu il dövlət səfərim zamanı və ötən il beynəlxalq sammit çərçivəsində keçirilən görüşlərdə…

Daha çox