Məcnun Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək

İyulun 25-də saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (051-791-00-78) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Daha çox

Bakıda daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb

Bakı şəhərində daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Bildirilib ki, Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında və 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin yaxınlığında (üzü mərkəz istiqamətində) minib-düşmə yerləri istifadəyə verilib. Qeyd edilib ki, minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, həmçinin təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Daha çox

“Zəfərin uşaqları ilə Oxu Marafonu” layihəsi təqdim olundu

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin təqdimatı keçirilib. SİA xəbər verir ki, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində baş tutan tədbirdə ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, layihənin təlimçisi “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, eksperti “Qədim Qala Nəşriyyatı”nın direktoru Şöhlət Səlimov, “Mayak” nəşriyyatının rəhbəri Sadiq Babazadə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Məmmədşah İsrafilov, eləcə də marafonda iştirak edən…

Daha çox

YAP İmişli rayon təşkilatında Milli Mətbuat günü qeyd olunub

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında “22 iyul – Milli Mətbuat günü” münasibətilə tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və mətbuat nümayəndələri iştirak edib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev jurnalistləri bayram münasibətilə təbrik edib, 150 illik yubileyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat vardır. Hazırda müstəqil mətbuatın formalaşması və…

Daha çox

Azərbaycanın iqtisadiyyat naziri Çexiyada iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 22-də Çexiyaya rəsmi səfərə gedəcək. Bu barədə SİA-ya diplomatik mənbə məlumat verib. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi yolları müzakirə ediləcək. Eyni zamanda, sənaye və ticarət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi perspektivlərinin nəzərdən keçirilməsi planlaşdırılır. Qeyd edək ki, ötən həftə Azərbaycana Çexiya nümayəndə heyəti səfər edib. İkitərəfli görüşlər zamanı tərəflər iqtisadi əməkdaşlıq, nəqliyyat infrastrukturunun inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb, həmçinin ümumi prioritetlər müzakirə olunub. Qarşılıqlı faydalı və davamlı tərəfdaşlıq üçün əhəmiyyətli potensialın mövcudluğu vurğulanıb. Xatırladaq ki, Azərbaycan və Çexiya arasında iqtisadi, elmi-texniki…

Daha çox

Azərbaycanın Baş prokuroru Türkiyədə səfərdədir

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türkiyədə səfərdədir. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin “X” hesabında paylaşım edilib. Bildirilib ki, səfər çərçivəsində Baş prokuror nümayəndə heyəti ilə birlikdə Ankarada Anıtkabiri ziyarət edib, Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla anıb və Şərəf dəftərini imzalayıb.

Daha çox

“Sosial əlaqələrin zəifləməsi ictimai ünsiyyətin azalmasına səbəb olur”

“Son illərdə insanların ictimai yerlərdə bir-birilə daha az ünsiyyət qurması müşahidə olunur. Bunun bir neçə psixoloji və sosial səbəbi var. Əvvəla, texnologiyanın inkişafı və smartfonların həyatımızın mərkəzinə çevrilməsi real ünsiyyətə olan tələbatı xeyli azaldıb”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib. Onun sözlərinə görə, insanlar boş vaxtlarında ünsiyyət qurmaq əvəzinə, telefonlarına yönəlir və virtual aləmdəki qarşılıqlı əlaqələr real münasibətləri kölgədə qoyur: “Digər tərəfdən, şəhər həyatının sürətlənməsi və sosial stresslər insanların emosional enerjisini tükəndirir. Bu da onları ictimai yerlərdə yeni ünsiyyətə başlamaqdan çəkindirir. Həmçinin, müasir cəmiyyətin fərdiyyəçilik meyli artdığı üçün…

Daha çox

Sülh və ədalət axtarışı

Azərbaycan Prezidentinin III Şuşa Qlobal Media Forumunda çıxışına sözardı… III Şuşa Qlobal Media Forumu bir çox hadisələri ilə yadda qaldı. Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif mövzularla bağlı jurnalistlərin veridyi sualları cavablandırması dünyanın diqqətini öz üzərinə cəmləməkdədir. Rusiya mətbuatı da Forumun gedişatını işıqlandırmağa çalışıb, amma məsələyə özünəməxsus şəkildə yanaşıb və öz çıxarlarını axtarmağa cəhd edib. Ötən ilin dekabrında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı verilən suala Prezidentin cavabı Rusiyanı məsələyə obyektiv yanaşmaya sövq etmək əvəzinə müxtəlif bəhanələrə müraciət etməsi heç də normal qarşılanmayıb. Azərbaycanın mövqeyini bir daha təkrarlayan Prezident…

Daha çox

“Yaşlı nəsillərin rəqəmsal boşluq səbəbindən sosial təcrid riski artır”

“Müasir dövrdə rəqəmsal texnologiyalar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bank əməliyyatları, dövlət xidmətləri, tibbi qeydiyyat və hətta sosial ünsiyyətin böyük bir qismi onlayn platformalar üzərindən həyata keçirilir. Lakin bu sürətli rəqəmsallaşma yaşlı nəsillərin bir hissəsini prosesdən kənarda qoyur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, texnologiyadan istifadə bacarığı zəif olan insanlar informasiya axınına qoşula bilmir, gündəlik işlərini görməkdə çətinlik çəkir və nəticədə sosial təcrid riski artır. Bu vəziyyət onların yalnız texnoloji deyil, həm də emosional baxımdan cəmiyyətdən uzaqlaşmasına səbəb olur: “Rəqəmsal boşluğun yaranmasının əsas səbəblərindən…

Daha çox

Azərbaycan Şimali Makedoniya ilə iqtisadi əməkdaşlığın prioritetlərini açıqlayıb

Azərbaycanın Şimali Makedoniya ilə iqtisadi əməkdaşlıq gündəliyində ticarət, investisiya, enerji, turizm və nəqliyyat sahəsində birgə fəaliyyəti intensivləşdirmək prioritet təşkil edir. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində bu ölkənin iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə ölkələrimizin biznes sahəsində əməkdaşlığının səmərəliliyinin artırılması və işgüzar əlaqələrin təşviqi imkanlarını dəyərləndirdik”, – deyə M. Cabbarov bildirib.

Daha çox