Sabaha olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraiti yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti,…

Daha çox

Dövlət Xidmətinin tətbiq edilən cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) tətbiq etdiyi cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 49.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və SHXÇDX-də xidmət keçən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə Xidmətin xəzinə hesabına köçürülən cərimələrdən (bundan sonra – büdcədənkənar vəsait) istifadə qaydasını müəyyən edir. Büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Xidmətin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz. Büdcədənkənar…

Daha çox

İndoneziya sahillərində yanan gəmidən 568 nəfər xilas edilib

İndoneziya sahillərində yanan kruiz gəmisindən 568 nəfərin xilas edildiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi Şimali Sulavesi sahillərində bir kruiz gəmisində dünən baş verən yanğınla bağlı açıqlama yayıb. Açıqlamada yanğında öldüyü bildirilən 5 nəfərdən ikisinin sağ olduğu, ölənlərin sayının isə 3-ə çatdırıldığı qeyd edilib. Axtarış-xilasetmə işləri nəticəsində gəmidə olan 568 nəfərin xilas edildiyi bildirilib.

Daha çox

Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə növbəti dəfə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, görüş zamanı əsas diqqət komanda və strukturun formalaşdırılması, açar vəzifələr üçün düzgün kadrların seçilməsi, eləcə də idarəetmədə dəyişikliklərin effektiv şəkildə tətbiqi məsələlərinə yönəlib. Görüşdə qeyd olunan istiqamətlər üzrə fikir mübadiləsi və təcrübə paylaşımı aparılıb. “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı…

Daha çox

Xarici dövlətlərin yük avtomobillərinin yol vergisindən azad olunması qaydası təsdiqlənib

Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydası təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qayda xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması ilə əlaqədar münasibətləri tənzimləyir. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən azaddır: – dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki bu Qaydanın 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən…

Daha çox

İsrail ordusu Yəmənə hava zərbələri endirib

İsrail ordusunun Yəmənin qərbindəki Əl-Hüdeydə limanına hava hücumu təşkil etdiyi bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, hava hücumları Yəmənin qərbində, İranın dəstəklədiyi Əl-Hudeydə limanında husilərin mövqelərini hədəf alıb. Hücumların husilərin İsraili hədəf alan raket və pilotsuz təyyarə atəşinə cavab olaraq həyata keçirildiyi bildirilir. Bu arada İsrailin müdafiə naziri Yisrael Katz Yəməni təhdid edən açıqlama verib. Husilərin İsrailə raket hücumları üçün “ağır bədəl ödəyəcəklərini” iddia edən Katz deyib: “Yəmənin taleyi Tehranın taleyi kimi olacaq”. Husilər Əl-Hudeydə limanına hücumları ilə bağlı hələ bir açıqlama verməyiblər.

Daha çox

Sabah pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını nəzərdə tutub. SİA xəbər verir ki, bu barədə fond məlumat yayıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Daha çox

YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hakim Ulusal Birlik Partiyasının (UBP) dəvəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa Quliyev, Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadədən ibarət YAP nümayəndə heyəti Barış Hərəkatının 51-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün bu ölkədə səfərdədir. YAP-dan SİA-ya bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlər keçirib. Belə ki, iyulun 19-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar…

Daha çox

Xarici vətəndaşlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edə biləcəklər

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yaydıqları məlumata istinadən xəbər verir. Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq. Fərdi minik avtomobilləri ilə adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları…

Daha çox