“Dilimiz varlığımızdır” layihəsi uğurla başa çatdı

Xəbər verdiyimiz kimi, Azadlıq Hərəkatçıları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsinin qalibi olmaqla “Dilimiz varlığımızdır” silsilə verilişlərin hazırlanması və efirdə nümayişi” layihəsini həyata keçirirdi. Layihə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Suverenlik və Konstitusiya ili” elan olunmasına həsr edilmişdi. Aldığımız məlumata əsasən layihənin icrası uğurla başa çatmışdır. Layihənin yekunları ilə bağlı layihə rəhbəri, Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzovun fikirlərini oxuculara təqdim edir. – Layihə günümüzün çox vacib problemlərindən birinə həsr edilmişdi. Sirr deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında Dövlət Dili…

Daha çox

Oturacağa keçirilən üzlük qəza zamanı təhlükə riskini artırır?

“Əvvəla qeyd etmək lazımdır ki, buradakı əsas məsələ avtomobil qəzalarının səbəblərinin kompleks xarakter daşımasıdır. Xüsusilə də istehsal sonrası nəqliyyat vasitələrinə edilən müdaxilələr – istər yaşla bağlı texniki dəyişikliklər, istərsə də istifadəçi tərəfindən quraşdırılmış əlavə avadanlıqlar – qəza riskini artıran ciddi amillərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. Aslan Əsədov sözlərinə belə davam edib: “Zavod istehsalı olan avtomobillərə sonradan əlavə qurğuların quraşdırılması, qeyri-standart şəkildə texniki təmir və ya “modernizasiya” məqsədilə aparılan dəyişikliklər nəqliyyat vasitəsinin ilkin təhlükəsizlik parametrlərini poza bilər. Bu isə qəza anında nəqliyyat vasitəsinin özünü qoruma…

Daha çox

“Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət göstərilən 5 dövlət qurumunun adı

Bu ilin yanvar-iyun aylarında “Bakı KOB evi”ndə sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (124 192), Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (13 144), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (3 222), Dövlət Gömrük Komitəsi (2 428) və Fövqəladə Hallar Nazirliyi (755) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirlyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib. Bildirilib ki, ümumilikdə hesabat dövründə bu beş qurum tərəfindən sahibkarlara 144 minə yaxın xidmət təqdim edilib. Sahibkarlar tərəfindən adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün…

Daha çox

“Forum gerçəklərin üzə çıxarılması üçün formalaşmış bir platformadır”

“Şuşa Qlobal Media Forumu həm ölkəmizin ictimai-siyasi həyatında, həm də bütövlükdə cəmiyyətimizin həyatında mühüm əhəmiyyət daşıyan hadisələrdən biridir. Artıq üçüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu ildən-ilə daha çox iştirakçı toplayır. Fərqli ölkələrin təmsilçiləri, beynəlxalq agentliklərin və nüfuzlu media strukturlarının nümayəndələri bu mühüm tədbirdə bir araya gəlirlər”. Bu sözləri SİA-ya 3-cü Şuşa Qlobal Media Formu zamanı politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, artıq dünya bilir ki, Şuşa Media Forumu gerçəklərin üzə çıxarılması üçün formalaşmış bir platformadır. Burada aparılan müzakirələr, tanınmış ekspertlərin və aparıcı media nümayəndələrinin müxtəlif məsələlərə dair səsləndirdiyi…

Daha çox

Hakimlər üçün “Stresin idarə olunması” təlimi keçirilib

Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə iyun-iyul aylarında ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən məhkəmələrin hakimləri üçün “Hakimlik fəaliyyətində stres faktoru və onun idarə olunması” mövzusunda silsilə təlimlər təşkil olunub. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlimlər yüksək emosional və psixoloji təzyiq şəraitində çalışan hakimlərin emosional dayanıqlılığının gücləndirilməsi, stresin səbəblərinin daha dərindən anlaşılması və bu hallar qarşısında praktiki idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb. Bakı, Sumqayıt, Şəki və Şirvan şəhərlərində keçirilmiş təlimlərə 30 regionu təmsil edən, müxtəlif instansiyalarda çalışan, o cümlədən apellyasiya və birinci instansiya məhkəmələrində fəaliyyət…

Daha çox

Şuşada III Qlobal Media Forumunun üçüncü günü başlayıb

Şuşada “Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Qlobal Media Forumunun üçüncü günü başlayıb. SİA xəbər verir ki, iyulun 19-da başlayan forum bu gün öz işini yekunlaşdıracaq. Üçüncü günün proqramına aşağıdakı mövzularda panel müzakirələri daxildir: “İnformasiya təhlükəsizliyinin təminatı kimi media savadlılığı” və “Sosial şəbəkələrin təkamülü ictimai etimada necə təsir edir: KİV və media savadlılığının sərhədləri”. Xatırladaq ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış…

Daha çox

İranda partlayış olub

İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhərində küçədə baş verən partlayışda 13 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində dil tədris mərkəzinə, zərgərlik mağazasına, park edilmiş avtomobillərə və yaxınlıqdakı bir neçə mağazaya ziyan dəyib. Rəşt Yanğından Mühafizə İdarəsi hadisə ilə bağlı açıqlama yayıb və ilkin məlumata görə, partlayışın qaz sızması nəticəsində baş verdiyi və 13 nəfərin yaralandığı bildirilib. Rəşt Baş Prokurorluğunun məlumatına görə, partlayış küçədəki zərgərlik mağazasında baş verib və itki yoxdur.

Daha çox

ARDNF törəmə maliyyə alətlərinə investisiyaları kəskin azaldıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) törəmə maliyyə alətlərinə investisiyaları 53 min manat təşkil edib. SİA Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 41,5 dəfə azdır. Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

Daha çox