III Şuşa Qlobal Media Formunun 3-cü günü başlayıb

Şuşada “Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Qlobal Media Forumunun üçüncü günü başlayıb. SİA-nın verdiyi məlumata görə, forumun 3-cü günündə ilk panelin mövzusu “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” adlı mövzuda müzakirələr olub. Panelin moderatoru Beynəlxalq xəbər aparıcısı və jurnalist Nadira Tudordur. Çıxışçılar isə Jaffar Hasnain Aparıcı və müxbir, TRT World; Ziphora Maubane Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri, Afrika İttifaqı İnkişaf Agentliyinin Baş Direktorunun Ofisi; Wang Delu Baş redaktorun birinci müavini, Avrasiya Bürosu, Çin Media Qrupu; Şəfəq Mehrəliyeva Fakültə üzvü, Kommunikasiya və Rəqəmsal Media…

Daha çox

Paytaxtda iki yol kəsişməsində yeni svetoforlar quraşdırılıb

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları paytaxtın Nəsimi rayonu, Fikrət Əmirov və 28 May küçələrinin kəsişməsində monitorinq keçiriblər. NİİM-dən SİA-ya verilən məlumata görə, tədbirlər zamanı qeyd olunan nizamlanmayan yolayrıcında qəzaların baş verdiyi, nəqliyyat sıxlığının və piyadalar üçün təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq yolda yeni nəqliyyat svetoforları quraşdırılıb. LED işıqlandırma ilə təchiz edilən svetoforlarda piyada bölmələri də istifadəyə verilib. Bununla da mövcud problem aradan qalxıb. Bundan əlavə, mərkəz tərəfindən Yasamal rayonu, Bakı Kənar Dairəvi yolunun Məhəmməd Xiyabani küçəsi ilə kəsişməsində də yeni svetofor obyektləri istifadəyə verilib. Nəticədə qəza…

Daha çox

Prezident İlham Əliyev Rusiyadan təyyarə qəzasını rəsmi olaraq etiraf etməyi tələb edir

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasından rəsmi etiraf tələb edib. SİA xəbər verir ki, bu barədə Rumıniyanın və Bolqarıstanın nüfuzlu media orqanlarının yaydığı məlumatlarda bildirilib. Qeyd olunur ki, Prezident bu barədə Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda çıxışı zamanı danışıb. Rumıniyanın “Evenimentul Zilei”, “Mediafax” media orqanları, o cümlədən AGEPRES milli xəbər agentliyi, həmçinin, Bolqarıstanın BTA xəbər agentliyi, “24 chasa” və digər nəşrləri bildirirlər ki, dövlət başçısı Rusiyanın Azərbaycanın sərnişin təyyarəsini vurduğunu rəsmi şəkildə qəbul etməsini vacib hesab edir. Rumıniya və…

Daha çox

Dünya bazarlarında neft cüzi bahalaşıb

Dünya əmtəə bazarlarında neft cüzi bahalaşıb. SİA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri 0,16 dollar və ya 0,24% bahalaşaraq 1 barel üçün 67,50 ABŞ dolları təşkil edib. ICE London birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,09 dollar və ya 0,13% artaraq 69,37 dollar səviyyəsində qərarlaşıb.

Daha çox

“Forum çərçivəsində Prezidentlə baş tutan söhbət xüsusilə diqqətəlayiq oldu”

“Forumun keçirilməsi olduqca əhəmiyyətli və faydalı oldu. Xüsusilə süni intellektlə bağlı aparılan müzakirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və bir çox mühüm fikir və yanaşmaların səsləndirilməsi ilə yadda qaldı. Bu diskussiyalar süni intellektin medianın gələcək inkişafında oynaya biləcəyi rol, informasiya təhlükəsizliyi, etik çərçivələr və ictimai təsirlər baxımından çoxsaylı suallara aydınlıq gətirdi”. Bu sözləri SİA-ya açıqlamasında “Mail and Guardian” qəzetinin baş icraçı direktoru (CEO) Themibisa Fakude deyib. Onun sözlərinə görə, əldə olunan təcrübə və mübadilə edilən ideyalar göstərdi ki, bu cür tədbirlər yalnız cari problemlərə işıq tutmaqla kifayətlənmir, eyni zamanda gələcəyə…

Daha çox

Bağlanma stilləri

“Bağlanma uşağın ilk dünyaya gəldiyi andan etibarən uşaqla ona baxan şəxs arasında formalaşır. Bu şəxs, adətən, ana olsa da, bəzən ata, nənə, ya da uşağın dayəsi də ola bilər. Uşağa baxan şəxs onun tələbatlarını nə qədər yaxşı ödəyərsə, bağlanma da bir o qədər sağlam olar. Tələbatlar dedikdə, ilk növbədə yemək, təmizlik nəzərdə tutulur, amma duyğusal ehtiyacların ödənməsi də çox önəmlidir. Bağlanma nə qədər sağlam olarsa, şəxsi həyatdakı seçimlər də bir o qədər uğurlu olar”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.…

Daha çox

Çində “Vifa” qasırğasına görə 670 min nəfər təxliyə edilib

Çinin cənubundakə Quandon əyalətində “Vifa” qasırğası ilə əlaqədar 670 min sakin təhlükəsiz yerlərə təxliyə edilib. SİA xəbər verir ki, ilin 6-cı qasırğası olan “Vifa” iyulun 20-də Quandon əyalətinin sahillərinə çatıb. Küləyin sürəti saniyədə 33 metrə çatıb. Qasırğanın yarada biləcəyi fəsadlar nəzərə alınaraq, istehsalın və tədrisin dayandırılması da daxil olmaqla qabaqlayıcı tədbirlər görülüb. Cuhay, Yancian, Cienmen və Maomin şəhərlərində 1-ci səviyyədə hazırlıq elan edilib. Bəzi istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Şencen və Conşan şəhərlərini birləşdirən körpü, parklar, 52 turizm və əyləncə-istirahət məkanı bağlanıb. Meteoroloqlar yağıntının miqdarının 320 millimetrə çatacağı pronozlaşdırıblar. Sel və…

Daha çox

Bakının bir sıra yollarında sıxlıq var

Bakının bir sıra yollarında sıxlıq yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Daha çox