QHT sədri Rumıniyada ekoloji təcrübə proqramında iştirak edib


Azərbaycan qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyəti Almaniya Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə Rumıniyanın Qalaç şəhərinə işgüzar səfər edib.

Tədbirdə iştirak edən “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehtiyeva bildirib ki, səfərin əsas məqsədi tullantıların idarə olunması, eyni zamanda ekoloji layihələrin həyata keçirilməsi və tullantıların yenidən emalı ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsindən ibarət olub. R. Mehtiyeva qeyd edib ki, nümayəndə heyəti səfər çərçivəsində Qalaç şəhərinin müxtəlif bələdiyyələrində və tullantıların çeşidlənməsi məntəqələrində və Aşağı Dunay universitetində görüşlər keçiriərək,sahə üzrə hər iki tərəfin nümayəndələri ilə qarşılıqlı müzakirələr aparıblar. Onlar həmçinin əhaliyə göstərilən xidmətlər, tullantıların çeşidlənməsi və təkrar istifadəsi ilə bağlı yerli mütəxəssislərdən məlumat alıblar:

QHT sədri onu da qeyd edib ki,səfər çərçivəsində keçirilən təcrübə təlimlərində gələcək də Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsində və tullantı idarəçiliyinin təkmilləşdirilməsində qarşılıqlı əməkdaşlığın davam etdiliməsi də nəzərdə tutulub.

Əlaqəli Xəbərlər