Şimali Koreya lüks kurort açır, amma yalnız ruslar üçün..?


Şimali Koreya yeni dəbdəbəli kurortla qapılarını xarici turistlərin üzünə açıb, lakin hələlik yalnız Rusiya vətəndaşlarının ziyarət etmək imkanı var.

İyunun sonunda Şimali Koreya lideri Kim Çen In Yapon dənizinin sahilində, Vonsan şəhəri yaxınlığında yerləşən Vonsan-Kalma kurortunun açılışını rəsmən elan edib.

SİA-nın məlumatına görə, açılış mərasimində onun həyat yoldaşı və qızı olub.

Yeni kurort əvvəllər hərbi aerodromun yerləşdiyi Kalma yarımadasında təxminən beş kilometrlik qumlu sahil xətti boyunca uzanır.

Açılan zaman aviabaza rüsumsuz mağazalar və kafelərin olduğu mülki hava limanına çevrilmişdi.

Bununla belə, turizm zonasından bir qədər də uzaqda Şimalı Koreya tərəfindən müntəzəm ballistik raket sınaqları üçün istifadə olunan raket sınaq poliqonu fəaliyyətini davam etdirir.

Sonuncu buraxılış bu ilin may ayında qeydə alınıb. Tikintisinə 2018-ci ildə başlanan kurort kompleksinin hər il 1 milyona qədər xarici turisti cəlb etmək iddialı məqsədi var idi. Ancaq hazırda kurort yalnız ruslar üçün mövcuddur. Qərb mətbuatında yayılan təsdiqlənməmiş məlumatlara görə, Şimalı Koreyanın hazırkı lideri uşaqlığını Vonsanda keçirib, baxmayaraq ki, Şimali Koreya hakimiyyəti tərəfindən bu məlumatın rəsmi təsdiqi yoxdur.

Açılış mərasimində çıxış edən Kim Çen In turizmin inkişafının həm region, həm də bütün ölkə üçün iqtisadi artımda mühüm amil olacağını, beynəlxalq sanksiyalar altında olan dövlətə valyuta axını təmin edəcəyini vurğulayıb. Bundan əvvəl bildirilmişdi ki, Şimalı Koreyadakı Vonsan-Kalma kurortunda ruslara Şimali Koreyalılarla əlaqə saxlamaq qadağan edilib.

Əli Babayev

Əlaqəli Xəbərlər