Tramp neyron şəbəkənin köməyi ilə sələfi Obamanı ələ salıb…


Donald Tramp özünün Truth Social sosial şəbəkəsində Federal Təhqiqatlar Bürosunun (FTB) agentlərinin ABŞ-ın keçmiş prezidenti Barak Obamanı saxladığı süni intellekt tərəfindən hazırlanmış videonu yerləşdirməklə yeni müzakirələr dalğasına səbəb olub.

SİA-nın məlumatına görə, video müxtəlif amerikalı siyasətçilərin, o cümlədən Obama və Cozef Baydenin “Heç kim qanundan üstün deyil” ifadəsini təkrarlayan çıxışlarının klipləri ilə başlayır.

Daha sonra aksiya Tramp və Obamanın kreslolarda oturduğu Ağ Evin Oval Ofisinə keçir.

Birdən FTB agentləri peyda olur və Tramp gülümsəyərkən Obamanın qollarını qandallayır.

Son səhnədə Obamanın dəmir barmaqlıqlar arxasında qalması göstərilir.

Video Tramp tərəfindən heç bir izahat verilmədən Truth Social-da yerləşdirilib.

Bu addım ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın ABŞ hakimiyyətinin Trampın qalib gəldiyi 2016-cı il seçkilərində əlbir olan Obama administrasiyasının üzvlərini ittiham etmək üçün dəlillərə malik olması barədə bəyanatından sonra atılıb.

Əli Babayev

Əlaqəli Xəbərlər