Azərbaycan Keniya ilə energetika sahəsində memorandum imzalayıb


Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda görüş keçirilib.

İki ölkə arasında imzalanmış sənəd neft və qaz, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG), elektrik enerjisi və bərpa olunan enerji sahələri ilə yanaşı, birgə investisiyaların təşviqini və enerji infrastrukturunun, xüsusilə şəbəkələrin təkmilləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.

Bu təşəbbüs Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişləndirilməsi və yeni bazarlara çıxış imkanlarının artırılması baxımından mühüm addımdır.

Əlaqəli Xəbərlər