Britaniyada Uimbldon tennis kompleksinin təxminən üç dəfə böyüdülməsi planlaşdırılır. SİA BBC-yə istinadla xəbər verir ki, “Uimbldon Parkını Qoruyaq” (SWP) adlı kampaniya qrupu bu genişləndirmə planlarına qarşı məhkəməyə müraciət etsə də, Ali Məhkəmə hakimi onların iddiasını rədd edib. Beləliklə, “Greater London Authority” (GLA) tərəfindən təsdiqlənmiş layihə qüvvədə qalıb.
Plana əsasən, əvvəlki Uimbldon Park qolf klubunun yerləşdiyi ərazidə 38 yeni tennis kortu və 8 min nəfərlik stadion inşa ediləcək.