Azərbaycanda fərdi yaşayış evlərinin, xüsusilə Bakı və Abşeron ərazisindəki “fin” tipli evlərin yerində inşa edilmiş tikililərin qeydiyyat prosedurları sadələşdirilir. SİA xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, praktikada vətəndaşlar “fin” tipli evləri sökərək onların yerində yeni fərdi yaşayış evləri tikiblər: “Lakin əvvəlki qanunvericilik yalnız müvafiq icra hakimiyyəti orqanından alınmış tikintiyə icazə sənədi əsasında bu tikililərin və torpaq sahələrinin qeydiyyatına imkan verirdi. Yeni dəyişikliklərə əsasən, əgər vətəndaşın əlində 2004-cü ilin…
Daha çoxDay: July 23, 2025
Beynəlxalq ictimaiyyətin siyasi təfəkkürünü ayıldan fikirlər
Prezident İlham Əliyevin “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilmiş III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışı ətrafında aparılan müzakirələr səngimir. Artıq bu gün çəkinmədən deyə bilərik ki, sözügedən tədbir beynəlxalq münasibətlər sistemində böyük və əlamətdar hadisəyə çevrilib. Müzakirələr zamanı səsləndirilmiş fikirlərin məzmununa görə Forum hətta yeni dövrün və yeni reallığın rəmzlərindən birinə çevrilməkdədir. Tədbirlə əlaqədar qlobal internet məkanında görə bildiyimiz bəzən hətta isterik olan şərhlər ondan xəbər verir ki, Forum öz siyasi hədəfinə, cənab Prezidentin mühüm mesajları isə öz ünvanına çatıb. SİA…
Daha çoxƏnənədən gələcəyə: Valideyn olmağın yeni yolları
Valideynlik, yalnız bir övlad böyütmək deyil, həm də bir fərdin, daha geniş anlamda isə bir cəmiyyətin formalaşmasında mühüm rola sahib sosial institutdur. Zaman keçdikcə həyat tərzi, texnologiya, təhsil, informasiya axını və sosial dəyərlər dəyişdiyi kimi valideynlik anlayışı da transformasiya edir. Bu dəyişiklik nəticəsində “ənənəvi valideynlik” və “müasir valideynlik” kimi iki fərqli model arasında müqayisə və ziddiyyətlər daha çox gündəmə gəlir. SİA mövzu ilə bağlı araşdırma aparıb. Ənənəvi valideynlik nədir? Ənənəvi valideynlik modeli, illərlə formalaşmış ictimai və ailə strukturlarına əsaslanan, əsas hədəfi uşağın cəmiyyətin qoyduğu qaydalara uyğun şəkildə yetişdirilməsi olan yanaşmadır.…
Daha çoxBaş Prokurorluğun nümayəndə heyəti Türkiyə Ədliyyə Akademiyasında olub
Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri çərçivəsində iyulun 22-də nümayəndə heyətinin üzvləri ilə Türkiyə Ədliyyə Akademiyasında görüş keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə çıxış edən Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Bekir Altun iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev səmimi qəbula görə təşəkkürünü bildirib. O, Türkiyə Ədliyyə Akademiyası ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb və bu günə qədər əldə olunmuş nailiyyətləri…
Daha çoxİstanbulda TDT-yə üzv ölkələrin Müdafiə Sənayesi Qurumlarının 1-ci Toplantısı keçirilib
İstanbulda “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi sərgisi çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müdafiə Sənayesi Qurumlarının 1-ci Toplantısı” keçirilib. SİA xəbər verir ki, toplantıda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüraliyev, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev, Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün, Qazaxıstanın sənaye və tikinti naziri Yersayin Nagaspayev, Qırğızıstan müdafiə nazirinin müavini Azizbek Baybalayev və Özbəkistan Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayev iştirak ediblər. TDT çərçivəsində yaradılan bu qurum üzv ölkələr arasında müdafiə sənayesi sahəsində ortaq baxışın möhkəmləndirilməsinə xidmət edəcək, eləcə də…
Daha çoxKöhnə dostlar fəallaşır – RAKURS
Köhnə dostlar fəallaşır – RAKURS
Daha çoxCeyhun Bayramov Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, XİN başçısı Azərbaycanda səmərəli diplomatik fəaliyyətinə görə səfir Corc Dikə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub. İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb. Yaxın Şərq…
Daha çoxAzercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
500-ə yaxın müraciətçi arasından 31 tələbə proqramda iştirak hüququ qazanıb 21 iyul tarixində Azercell-in təşkil etdiyi “DataMinds Bootcamp” proqramının açılış mərasimi baş tutub. “Amazon Web Services”in (AWS) texnoloji dəstəyi ilə həyata keçirilən layihə gənclərin data və süni intellekt sahəsində potensialını artırmaq, həmçinin ölkədə data sənayesinin inkişafına töhfə vermək məqsədi daşıyır. Tədbirdə çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova şirkətin gənclərin inkişafına verdiyi əhəmiyyəti vurğulayaraq, proqram çərçivəsində tələbələr üçün nəzərdə tutulan imkanlar barədə məlumat verib. Azercell-in Texnologiya və İnformasiya üzrə Baş direktoru Corc Held…
Daha çoxŞəmkirdə yolların əsaslı təmirinə iki milyon manat ayrılıb
Prezident İlham Əliyev Şəmkir rayonunun Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət…
Daha çoxAbşeron və Xırdalanda kənd təsərrüfatı təyinatlı torpaqlardakı evlərin rəsmiləşdirilməsi məhdudlaşdırılır
Azərbaycanda Abşeron yarımadası, xüsusilə Xırdalan və Hökməli istiqamətində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş sənədsiz evlərin leqallaşdırılması diqqət mərkəzindədir. SİA xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu ərazilərdə bəzi hallarda bələdiyyə sənədləri mövcud olsa da, çoxsaylı məhəllələr faktiki olaraq kənd təsərrüfatı təyinatlı torpaqları kimi təsnif edilir: “Yeni qanun layihəsində tikintinin aparıla biləcəyi hallar və növlər müəyyənləşdirilib, lakin bu qaydalar fərdi yaşayış evlərinə aid deyil. Buna görə də, kənd təsərrüfatı…
Daha çox