Köhnə dostlar fəallaşır – RAKURS
Daha çoxDay: July 23, 2025
Ceyhun Bayramov Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, XİN başçısı Azərbaycanda səmərəli diplomatik fəaliyyətinə görə səfir Corc Dikə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub. İki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb. Yaxın Şərq…
Daha çoxAzercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
500-ə yaxın müraciətçi arasından 31 tələbə proqramda iştirak hüququ qazanıb 21 iyul tarixində Azercell-in təşkil etdiyi “DataMinds Bootcamp” proqramının açılış mərasimi baş tutub. “Amazon Web Services”in (AWS) texnoloji dəstəyi ilə həyata keçirilən layihə gənclərin data və süni intellekt sahəsində potensialını artırmaq, həmçinin ölkədə data sənayesinin inkişafına töhfə vermək məqsədi daşıyır. Tədbirdə çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova şirkətin gənclərin inkişafına verdiyi əhəmiyyəti vurğulayaraq, proqram çərçivəsində tələbələr üçün nəzərdə tutulan imkanlar barədə məlumat verib. Azercell-in Texnologiya və İnformasiya üzrə Baş direktoru Corc Held…
Daha çoxŞəmkirdə yolların əsaslı təmirinə iki milyon manat ayrılıb
Prezident İlham Əliyev Şəmkir rayonunun Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəllər Cəyir–Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət…
Daha çoxAbşeron və Xırdalanda kənd təsərrüfatı təyinatlı torpaqlardakı evlərin rəsmiləşdirilməsi məhdudlaşdırılır
Azərbaycanda Abşeron yarımadası, xüsusilə Xırdalan və Hökməli istiqamətində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş sənədsiz evlərin leqallaşdırılması diqqət mərkəzindədir. SİA xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu ərazilərdə bəzi hallarda bələdiyyə sənədləri mövcud olsa da, çoxsaylı məhəllələr faktiki olaraq kənd təsərrüfatı təyinatlı torpaqları kimi təsnif edilir: “Yeni qanun layihəsində tikintinin aparıla biləcəyi hallar və növlər müəyyənləşdirilib, lakin bu qaydalar fərdi yaşayış evlərinə aid deyil. Buna görə də, kənd təsərrüfatı…
Daha çoxEAPCA Belçika Nümayəndələr Palatasının Azərbaycana qarşı qətnaməsinə etiraz edib
Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) Belçika Nümayəndələr Palatasının iyulun 17-də Azərbaycana qarşı qəbul etdiyi birtərəfli və qərəzli qətnaməni qətiyyətlə rədd edib və etiraz bildirib. SİA xəbər verir ki, bununla bağlı EAPCA-nın bəyanatında qeyd edilib. Bəyanatda vurğulanıb ki, sözügedən qətnamə beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə zidd olmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq səylərinə ciddi zərbə vurur: “Təəssüflə qeyd edirik ki, qətnamədə reallıqlara əsaslanmayan, birtərəfli və manipulyativ məlumatlara istinad edilərək Azərbaycan Respublikasının legitim və beynəlxalq hüquqa uyğun mövqeyi təhrif olunur. Bu cür…
Daha çox“ASAN xidmət” ilə Seneqal arasında Anlaşma Memorandumu təsdiqlənib
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandu təsdiq edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra ASAN xidmət müddəaların həyata keçirilməsini təmin edəcək. Bundan başqa, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Seneqal Hökumətinə bildiriş göndərəcək.
Daha çoxABŞ Ukraynaya Patriot tədarükü ilə bağlı danışıqlar aparır
Ölkələrlə müzakirələr davam edir, onların məqsədi kimin nəyi köçürə biləcəyini müəyyən etməkdir ABŞ Müdafiə Nazirliyi bu hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı mümkün razılaşmalar üzrə ölkələrlə danışıqlar aparır. Məlumatda deyilir ki, Amerika Birləşmiş Ştatları Patriot hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsinə çalışır. Bu barədə ABŞ hökumətindəki anonim mənbəyə istinadən “Suspilne” nəşri məlumat yayıb. “Bunlar ayrı-ayrı ölkələrlə ayrıca sazişlər olacaq”, – mənbə izah edib. Rəsmi qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi bəzi ölkələrlə Amerika Patriot sistemlərinin Ukraynaya tədarükü ilə bağlı mümkün ikitərəfli razılaşmalar barədə danışıqlar aparır. Hazırda bu proses…
Daha çoxRusiya ilə gərginlik idxal-ixraca və pul köçürmələrinə əhəmiyyətli təsir etməyib
Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin idxal-ixrac əməliyyatlarına təsirini nəzarətdə saxlayır. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib. “Rusiya qeyri-neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşlarımızdan biridir. Bu gün bu sahədə kəskin dəyişiklik görmürük”, – deyə o qeyd edib. AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov isə deyib ki, dövlətlərarası gərginliklə bağlı həm idxal-ixracda, həm də pul köçürmələrində əhəmiyyəli dəyişiklik yoxdur.
Daha çoxAlmaniya Türkiyəyə “Eurofighter” qırıcıları satacaq
Berlin hökumətinin Təhlükəsizlik Şurası 40 döyüşçü üçün ilkin sorğunu imzalayıb. Almaniya hökuməti Eurofighter qırıcılarının Türkiyəyə çatdırılmasına yol açıb. Bu barədə məlumatlı mənbəyə istinadən Bloomberg xəbər agentliyi məlumat yayıb. Mənbə iddia edir ki, Berlin 40 Eurofighter Typhoon təyyarəsinin Ankaraya çatdırılmasına razılıq verib. Berlin hökumətinin Təhlükəsizlik Şurası 40 döyüşçü ilə bağlı ilkin sorğunu imzalayıb. Almaniya hökumətinin nümayəndəsi Təhlükəsizlik Şurasının iclaslarının məxfi olduğunu qeyd edərək, şərh verməkdən imtina edib. Məlum olduğu kimi, Olaf Şolzun rəhbərlik etdiyi Almaniyanın əvvəlki kabineti “Eurofighter”lərin Türkiyəyə satışına qarşı çıxıb. Bu yaxınlarda mətbuatda Fridrix Merz başda olmaqla Almaniyanın yeni…
Daha çox