Pakistanda güclü yağışlar fəlakətə səbəb olub


Pakistanın Hayber Paxtunxva əyalətində leysan yağışlar nəticəsində baş verən qəza və fəlakətlərdə 10 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, yerli Fəlakət İdarəsi Hayber-Paxtunxvada güclü yağışların bəzi ərazilərdə daşqın və torpaq sürüşməsinə səbəb olduğunu açıqlayıb.

Açıqlamada sel və torpaq sürüşmələri ilə yanaşı, yağışların bəzi evlərin də uçmasına səbəb olduğu, bu qəzalarda 6-sı uşaq olmaqla 10 nəfərin həyatını itirdiyi, 2 nəfərin isə yaralandığı qeyd edilib. Bu arada sürüşmə nəticəsində Cəlxad bölgəsində və Babusar aşırımında qapalı qalan yüzlərlə turist xilas edilib. Səlahiyyətlilər sakinlərə musson mövsümündə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.

Əlaqəli Xəbərlər