Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) ilə vergi islahatları ilə bağlı müzakirələr aparıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, bu müzakirələr IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə aparılıb.
“Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf modelinin dəstəklənməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm önəm daşıyır. Qarşılıqlı fəaliyyətin prioritetləri, ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası ilə bağlı müzakirələr apardıq”, – deyə nazir bildirib.