Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinə Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.
SİA xəbər verir ki, başsağlığında qeyd olunur:
“Hörmətli Vladimir Vladimiroviç,
Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.