Niderland təyyarəsi Hamburq aerportuna təcili eniş edib


Niderlandın milli hava yolu şirkətinə məxsus sərnişin təyyarəsi Hamburq aeroportuna məcburi eniş edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, pilotlar təyyarənin salonunda tüstülənmə aşkarladıqdan sonra təcili eniş barədə qərar qəbul ediblər.

Stokholm–Amsterdam aviareysi ilə hərəkət edən təyyarənin göyərtəsində 186 sərnişin olub. Təyyarə təhlükəsiz şəkildə eniş etdikdən sonra sərnişinlər dərhal təxliyə olunub və terminala aparılıb.

Hava limanının yanğınsöndürmə xidməti hadisə ilə əlaqədar cəlb olunub. Tüstülənmənin səbəbi və miqyası ilə bağlı hələlik məlumat verilməyib.

Əlaqəli Xəbərlər