Azərbaycan QHT-ləri ABŞ Dövlət katibi Marko Rubioya müraciət ünvanlayıblar. SİA AZƏRTAC-a istinadən müraciəti təqdim edir: “Hörmətli ABŞ Dövlət katibi Marko Rubio. Sizə məktub ünvanlamış bir qrup ABŞ konqresmeninin Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti Azərbaycan ictimaiyyətində kəskin hiddət doğurub. Biz bu cür birtərəfli yanaşmaları rədd edirik. Hesab edirik ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları faktiki olaraq ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar. Bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüş keçiriblər. Artıq Azərbaycan…
Daha çoxDay: July 24, 2025
İsveçrə köhnə bunkerləri istifadəyə qaytarır
İsveçrə ordusu uzun illər istifadəsiz qalmış müharibə dövrünə aid bunkerləri yenidən aktivləşdirir. Həmin bunkerləri müasir müdafiə mərkəzlərinə çevirmək üçün texnoloji şirkətlərlə, tədqiqatçı və startaplarla əməkdaşlığa başlanılıb. Məqsəd innovativ və səmərəli yollarla bu obyektləri yenidən istifadə etməkdir. SİA yerli mediaya istinadla xəbər verir ki, İsveçrə Texnologiya və Silahlı Qüvvələr Şirkəti sentyabr ayının ortalarında “İnnovasiya Günü” təşkil etməyi planlaşdırır. Həmin tədbirdə qeyd olunan məsələ barədə daha ətraflı məlumat veriləcək və iştirakçılar öz ideyalarını təqdim edə biləcəklər. Qeyd edək ki, İsveçrə ərazisində 1990-cı illərdən istifadəsiz qalmış təxminən 8 min bunker var. Bu bunkerlərin…
Daha çoxYAP Gəncə şəhər təşkilatının yaradılmasının 32 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının yaradılmasının 32 illiyi münasibətilə tədbir keçirilib. YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Bitki Mühafizə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də partiya fəalları iştirak ediblər. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb,…
Daha çoxAvropa İttifaqının Zelenski ilə bağlı acı şikayətləri üzə çıxıb…
Avropa İttifaqının rəsmiləri və diplomatları Ukrayna prezidenti Vladimir Zelenskinin demokratik prinsiplərdən geri çəkilməsindən şikayətlənirlər. SİA-nın məlumatına görə, bu barədə “Politico” yazır. …Artıq aylardır ki, onlar Ukrayna prezidentinin demokratik prinsiplərdən uzaqlaşmasından – həmişə təkbətək də olsa – acı-acı şikayətlənirlər. Nəşrin yazdığına görə, Avropa İttifaqı Ukrayna hökumətindəki “ən müstəqil nazir və məmurların” istefasına səbəb olan təmizləmə və kadr dəyişikliklərindən narazıdır. Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnının istefası da narahatlıq doğurub. Bundan əlavə, Avropa İttifaqı Ukraynada “satqınlar və rusiyalı əməkdaşlar” axtarışının “tənqidçiləri susdurmağa yönəlmiş siyasi cadugər ovu”na çevriləcəyindən ehtiyat edir. Daha…
Daha çoxMina və hərbi sursat partlayışları nəticəsində 18 nəfər xəsarət alıb
Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. SİA xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev iyulun 24-də videokonfrans rejimində keçirilən geniş kollegiya iclasında məlumat verib. Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək ümumilikdə 400 nəfər bu terrorun qurbanı olub, onlardan 70-i həlak olub, 330-u müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daha çoxŞərurda “Gənclərin Yay Düşərgəsi – 2025”ə start verilib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şərur rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Gənclərin Yay Düşərgəsi – 2025″ə start verilib. SİA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, düşərgədə 50-yə yaxın gənc iştirak edir. Düşərgə iştirakçıları Şərur şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini, o cümlədən Şəhidlər xiyabanını ziyarət ediblər. Düşərgənin təşkil olunduğu Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidovun gənclərlə görüşü reallaşıb. Nazir müavini gənclər üçün yaradılan imkanlardan bəhs edib. Qeyd olunub ki, gənclərin asudə…
Daha çoxŞƏT-də fikir ayrılığı
Rusiya üçün yeni dilemma: Ermənistan və Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələr avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçiriləcək sammitinə hazırlaşır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dediyi kimi, Rusiya və Çin ŞƏT-i “sonsuza qədər yüksələn” səviyyəyə çatdırmaq niyyətindədir. Eyni zamanda, Lavrov etiraf edib ki, “Rusiyanın Çin, Hindistan və MDB ölkələri ilə çoxlu mübahisəli problemləri var, onların həlli “maraqlar balansının tapılmasını, təhdid və ultimatumlardan istifadə etməməyi” tələb edir. Xüsusilə ŞƏT-in digər üzvü Pakistanı “terrorizmi dəstəklədiyinə görə” qınamağı tələb edən Hindistanın sərt mövqeyinə görə bu vəzifə çətin görünür.…
Daha çoxİtaliyada Qərbi Nil virusuna yoluxma halları artıb
Ötən bir həftə ərzində İtaliyada Qərbi Nil virusuna yoluxanların sayı 20-yə çatıb. SİA xəbər verir ki, İtaliya Ali Səhiyyə İnstitutunun məlumatına görə, ilin əvvəlindən virusa yoluxanların sayı 10 nəfər olduğu halda, son həftədə onların sayı 20-yə yüksəlib. Yoluxucu xəstəlik olan Qərbi Nil virusu əsasən ölkənin cənub bölgələrində yayılıb. Qeyd edək ki, 2024-cü ildə İtaliyada bu virusa 460 yoluxma faktı və 20 ölüm qeydə alınıb. Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi…
Daha çoxAvropa Ukraynaya ordu göndərir
Dünya siyasət səhnəsində əsəb gərginliyi üzərində ağır, üzücü proseslər hökm sürür. Aparıcı dövlətlərin bəzi rəhbər şəxsləri görüntü xatirinə də olsa, dünyanı cənginə alan mühariblərdən, münaqişələrdən xalqları xilas etməyə çalışırlar. Hətta ABŞ-ın yeni prezidenti Donalt Dramp İsraillə fars-molla rejimi arasında baş verən qanlı müharibəni dayandırmağa müvəffəq oldu. Düzdür, toqquşmalar zamanı ABŞ təyyarələri fars-molla rejiminin bir sıra ərazilərinə raketlərlə zərbələr endirdilər. Bununla ABŞ bir növ gücünü nəinki fars-molla rejiminə, eləcə də Rusiya, Çin, Şimali Koreya kimi dövlətlərə nümayiş etdirdi. Fars-molla rejiminin əraziləri bombaladıqdan az sonra müharibənin dayandırılması üçün D.Tramp ortaya qətiyyətli mövqe…
Daha çoxAlimlər ilk dəfə müxtəlif dinozavr növlərinin otlaq sahəsi tapıblar…
Dinozavrlar özlərini yırtıcılardan qorumaq üçün çoxnövlü sürülər əmələ gətirirdilər… Kanadada ilk dəfə olaraq bu sürünənlərin bir neçə növünün eyni vaxtda otladığı qədim dinozavr otlağı aşkar edilib. Alimlərin fikrincə, dinozavrlar yırtıcılardan qorunmaq üçün belə çoxnövlü sürülər təşkil ediblər. SİA-nın məlumatına görə, bu araşdırma PLOS One jurnalında dərc edilib. Kanadanın Alberta əyalətindəki Dinozavr Əyalət Parkı milyonlarla il əvvəl dinozavrların məskəni olması ilə məşhurdur. Park dünyada dinozavr qalıqlarının ən böyük təbii anbarlarından biridir. Burada yüzlərlə qorunmuş skelet və fərdi sümüklər və dişlər aşkar edilmişdir ki, bu da parkı…
Daha çox