Azərbaycan dövlətlərarası axtarışda olan Özbəkistan vətəndaşını təhvil verib

Özbəkistan vətəndaşı, 1982-ci il təvəllüdlü Yusupov Amonbek Abdulxakoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. SİA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Özbəkistanda Prezidentin şərəf və ləyaqətini alçaltma cinayətinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş A. A. Yusupov bu ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul…

Daha çox

ANAMA azad edilən ərazilərdəki yanğınlarla bağlı əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdəki yanğınlarla bağlı müraciət edib. SİA xəbər verir ki, müraciətdə son günlərdə mövsümlə əlaqəli havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq sahələrində yanğın hadisələrinin artdığı qeyd olunub. Məlumata görə, azad edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artması müşahidə olunur. Bu səbəbdən ANAMA vətəndaşlara azad olunan ərazilərdə olarkən odla davranış qaydalarına ciddi riayət etmələri üçün çağırış edib: “Açıq alovdan istifadə zamanı ehtiyatlı davranmalı, siqaret kötüklərini yerə atmaqdan çəkinmək lazımdır. Baş verə…

Daha çox

Ramin Məmmədov Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 24-də Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Rolf Bayars ilə görüşüb. SİA xəbər verir ki, görüş zamanı Azərbaycandakı dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri barədə fikir mübadiləsi aparılıb. Dini icmalara dövlət tərəfindən göstərilən dəstək, konfessiyalar arasında qarşılıqlı hörmətin təşviqi istiqamətində atılan addımların dini müxtəlifliyin qorunub saxlanılmasında mühüm rol oynadığı qeyd edilib. Bildirilib ki, Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfələr nümunəvi xarakter daşıyır. Uğurlu multikulturalizm və tolerantlıq modelinə malik ölkəmizin bu sahədəki nailiyyətləri bütün dünyada maraq doğurur. Söhbət əsnasında ölkədəki bütün…

Daha çox

Sumqayıtda 22 min abonentin qaz təchizatı dayandırılacaq

“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsi xidmət ərazilərində əsaslı təmir və payız-qış mövsümünə hazırlıqla bağlı tədbirləri davam etdirir. SİA məlumat verir ki, təsdiq olunmuş əsaslı təmir və kapital qoyuluşu proqramlarına uyğun olaraq, 25 iyul tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhərinin 16-cı mikrorayon, Corat qəsəbəsi, Corat və Novxanı bağları, eləcə də 52-ci məhəllə ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Qazın verilişində yaranacaq fasilə həmin ünvanlarda yeni siyirtmələrin quraşdırılması və balans qovşaqlarında aparılan əsaslı təmir işləri ilə əlaqədardır. Bununla əlaqədar ümumilikdə 22 minə yaxın abonentin qaz təchizatında müvəqqəti kəsinti olacaq.…

Daha çox

“Yaşıl enerji Azərbaycanın gələcək vizyonudur”

“2025-ci ildə Şuşada keçirilmiş III Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bir sıra milli, regional və qlobal əhəmiyyətli məsələlərə toxunmuş, həm ölkəsinin rəsmi mövqeyini, həm də öz şəxsi baxış bucağını təqdim etmişdir. Bu məsələlər arasında xüsusilə diqqət çəkən mövzulardan biri də COP29 konfransının Azərbaycanda keçirilməsi, yaşıl enerji siyasəti, və ekoloji davamlılığın qlobal miqyasda təşviqi olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib. Deputat sözlərinə belə davam edib: “Prezident İlham Əliyev vurğulamışdır ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkənin planetin…

Daha çox

Əlvan metallardan nümunə götürülməsi üzrə yeni dövlət standartı qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 24231:2025 “Əlvan metallar və ərintilər. Kimyəvi analiz üçün nümunələrin götürülməsinə və hazırlanmasına dair ümumi tələblər” adlı yeni dövlət standartı qəbul edilib. AZSTAND-dan SİA-ya bildirilib ki, sözügedən standartın qəbul edilməsində məqsəd nümunələrin analitik tərkibinin dəqiq və təkrarlanabilən təyini üçün vahid metodoloji yanaşmanı təmin etməkdir. Yeni dövlət standartının tətbiqi əlvan metallardan və onların ərintilərindən kimyəvi analiz üçün nümunələrin götürülməsi və hazırlanması prosesinin standartlaşdırılmasına xidmət edəcək. Bundan əlavə, nümunə götürmə mərhələsi nəticələrin keyfiyyətinə…

Daha çox

Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun 24-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. SİA-ya bildirilib ki, nazir əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub. Daha sonra Abdisalam Abdi Ali Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha çox

Prokurorluq tərəfindən valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddia qaldırılıb

Bu il prokurorluqda azyaşlı uşaqların hüquqların müdafiəsi istiqamətində zəruri tədbirlər görülüb. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd edilib ki, altı ay ərzində bu istiqamətdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddia qaldırılıb.

Daha çox

Azərbaycan IMF ilə vergi islahatlarını müzakirə edib

Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) ilə vergi islahatları ilə bağlı müzakirələr aparıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, bu müzakirələr IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə aparılıb. “Ölkəmizdə dayanıqlı iqtisadi inkişaf modelinin dəstəklənməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm önəm daşıyır. Qarşılıqlı fəaliyyətin prioritetləri, ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası ilə bağlı müzakirələr apardıq”, – deyə nazir bildirib.

Daha çox