Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali iyulun 24-də Bakıdakı Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü…
Daha çoxDay: July 24, 2025
42 təqsirləndirilən şəxsin xaricdən ekstradisiyası təmin edilib
Bu ilin altı ayı ərzində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, cari ilin birinci yarımilində prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
Daha çoxAzərbaycanda aqrar məhsulların istehsalı üçün obyektlərin inşasına dair tələblər sərtləşib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsi müəyyən edilib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Tikintiyə icazə verən orqan tikintiyə icazə icraatı zamanı hər bir tikinti obyektinin funksional təyinatı və xüsusiyyətləri nəzərə alınmaqla, rəy verməsi zəruri hesab edilən aidiyyəti qurumlara sorğu göndərməlidir. Fərmanla tikinti obyektinin torpaq sahəsində torpaqların keyfiyyət göstəricilərinə uyğun yerləşdirilməsi və həmin torpaq sahəsində digər tikililər mövcud olduğu halda təmərküzləşmə prinsipinin nəzərə alınacaq. Tikinti obyektinin bəyan edilən kənd təsərrüfatı…
Daha çoxAzərbaycan və Qətər şəhər planlamasında müasir yanaşmaları müzakirə ediblər
Azərbaycan və Qətər arasında şəhər planlamasında müasir yanaşmalar müzakirə edilib. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, müzakirələr Qətərin Milli Planlaşdırma Şurasının Baş katibi Əbdüləziz bin Nasir bin Mübarək Əl-Xəlifə ilə görüşdə aparılıb: “Görüşdə dayanıqlı inkişaf strategiyalarının icrası, mənzil siyasəti və infrastruktur layihələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. Rəqəmsal həllər və ekoloji standartların planlamada əhəmiyyətinə xüsusi diqqət yetirdik”.
Daha çoxDoktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlər artırılıb
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib: doktorantura səviyyəsi üzrə: – elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat; – fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat; ali təhsil müəssisələrində: magistratura səviyyəsi üzrə: – akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat; – akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat; – akademik göstəriciləri 51–100 bal olan tələbələrə…
Daha çoxNövbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Yasamalda keçiriləcək
Növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı iyulun 26-da paytaxtın Yasamal rayonu 2-ci Alatava parkı ərazisində keçiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirliyin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin və bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka, banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər. Maraqlı interaktiv tədbirlərin də yer alacağı festivalda vətəndaşlar tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr…
Daha çoxAzərbaycan İsraili Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib
Azərbaycan İsraili gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, İsrail Dövlətinin Tikinti və Mənzil Nazirliyinin Baş direktoru Yehuda Morgenstern ilə səmimi və faydalı fikir mübadiləsi aparılıb: “Görüş zamanı şəhərlərdə yenidənqurma, tikinti sektorunun tənzimlənməsi və əlçatan mənzil proqramlarının icrası məsələlərini müzakirə etdik. Həmçinin, israilli həmkarlarımızı böyük məmnuniyyətlə 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak etməyə dəvət etdim”.
Daha çoxTələbələr üçün Prezident təqaüdünün məbləği artırılıb
Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla həmin məbləq sentyabrın 1-dən 350 manat müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl Prezident təqaüdünün məbləği 275 manat təşkil edib.
Daha çoxAzərbaycanda vençur maliyyələşməsinin hüquqi tənzimlənməsi hazırlanıb
Azərbaycanda Vençur maliyyələşmə haqqında qanun layihəsi hazırlanaraq, hökumətə təqdim olunub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iqtisadçı-ekspertlərlə görüşündə bildirilib. Məlumata görə, qanun layihəsi artıq razılaşdırma mərhələsindədir. Görüşdə həmçinin rəqəmsal bankçılıq, kriptovalyuta və vençur bazarının tənzimlənməsi, Virtual aktivlər haqqında və Vençur maliyyələşmə haqqında qanun layihələrinin vəziyyəti, bank sektorunda təhlükəsizlik, bank kartları ilə olan fırıldaqçılıq, onlayn kreditin əldə edilməsinin tənzimlənməsi, bank sektorunda çalışan xarici vətəndaşların dataya giriş imkanlarının məhdudlaşdırılması və s. müzakirə olunub. Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA…
Daha çoxDialoqa davam, yoxsa tamam? – RAKURS
Dialoqa davam, yoxsa tamam? – RAKURS
Daha çox