Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin iştirakı ilə ekspert görüşü keçirilib

2025-ci ilin ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan və Bolqarıstan Hərbi Hava Qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Aviasiya vasitələrinə texniki qulluq” mövzusunda ekspert görüşü keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə qonaqlara aviasiya təhlükəsizliyi mövzusunda brifinq təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb, eləcə də bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha çox

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, bir qumbara, 4 tüfəng və 10 ədəd patron aşkar edərək götürüblər.

Daha çox

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü və sifarişi ilə Azərbaycanın ilk qadın gəmi kapitanı, İkinci Dünya müharibəsi iştirakçısı Şövkət Səlimovanın həyat və fəaliyyətinə həsr olunmuş bədii filmin çəkilişlərinə başlanılıb. SİA ASCO-ya istinadən xəbər verir ki, “Şövkət” adlı ekran əsərinin əsas məqsədi dənizçilik tariximizdə iz qoymuş xanım kapitanın həyat yolunu və qəhrəmanlığını bədii dillə tamaşaçılara təqdim etməklə yanaşı, İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli gəmiçiliyin cəbhəyə verdiyi töhfələri, qadınların gəmiçilik sahəsindəki rolunu və ümumilikdə lider qadın obrazını ön plana çıxarmaqdır. Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcə…

Daha çox

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanda iyulun 25-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhərdən bəzi şimal və qərb rayonlarında…

Daha çox

Azərbaycanda “yaşıl enerji” strategiyasının yeni mərhələsi müzakirə olunub

Azərbaycanda “yaşıl enerji” sahəsinin inkişafına dair 2027-2030-cu illəri əhatə edən yeni mərhələnin fəaliyyət istiqamətləri müzakirə olunub. Bu barədə SİA Energetika Nazirliyinə istinadən xəbər verir. Müzakirələr Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması çərçivəsində yaradılmış “Yaşıl enerji məkanı” Alt İşçi Qrupunun ilk iclasında aparılıb. Alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə enerji sahəsində aparılan islahatlara və “yaşıl enerji” gündəliyinin prioritet istiqamətlərinə toxunub. O, strategiyanın hazırlanmasında 2022-2026-cı illəri əhatə edən iqtisadi inkişaf strategiyasının icrasından əldə olunan təcrübənin və beynəlxalq trendlərin nəzərə alınmasının vacibliyini vurğulayıb. İclasda…

Daha çox

Ceyhun Bayramov və somalili həmkarı arasında təkbətək görüş keçirilir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qarşılayıb. SİA xəbər verir ki, bu barədə XİN “X” hesabında paylaşım edib. Qeyd edilib ki, nazirlər arasında təkbətək görüş keçirilir. İkitərəfli münasibətlər, regional proseslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılır.

Daha çox

Mərkəzi Bankda ekspertlərlə növbəti görüş keçirilib

Azərbaycan Mərkəzi Bankında (AMB) iqtisadçı ekspertlərin iştirakı ilə növbəti müzakirə görüşü keçirilib. AMB-dan SİA-ya bildirilib ki, üç saatdan artıq davam edən görüşdə pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar və maliyyə sektorunda müşahidə olunan cari trendlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirdə, eyni zamanda, Mərkəzi Bank tərəfindən hazırlanmış yeni maliyyə aləti – hedcinq mexanizmi təqdim olunub. İştirakçılara bu alətin iqtisadiyyata potensial təsirləri, risklərin azaldılmasında oynaya biləcəyi rol və maliyyə sabitliyinə mümkün töhfələri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Mərkəzi Bank ekspertlərlə mütəmadi və konstruktiv dialoqu prioritet hesab edir. Belə platformalar…

Daha çox

Zakir Həsənov İtaliyanın Baş Qərargah rəisi ilə regional təhlükəsizliyi müzakirə edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonu qəbul edib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən nazir Azərbaycan-İtaliya münasibətlərinin daha da genişləndirilməsinin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdıran general L.Portolano ölkələr arasında hərbi əməkdaşlığın hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini vurğulayıb. İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa, həmçinin…

Daha çox

“Expo 2025 Osaka”da Azərbaycanın turizm potensialı təqdim edilib

Yaponiyanın Osaka şəhərində keçirilən “Expo 2025”də Azərbaycan pavilyonunda ölkənin turizm potensialı təqdim edilib. Bu barədə SİA Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Bildirilib ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiya, eləcə də Asiyanın müxtəlif ölkələrindən olan 30 aparıcı turizm sənayesi nümayəndəsinin iştirakı ilə şəbəkələşmə tədbiri, həmçinin beynəlxalq bazarları təmsil edən 30 media nümayəndəsinin iştirakı ilə media tədbiri baş tutub. Tədbirlərdə Azərbaycanın şərab irsi və enoturizm potensialı haqqında təqdimatlar edilib. Pavilyonun “Yeddi Gözəl” konsepsiyasına uyğun olaraq Azərbaycan Turizm Bürosu tərəfindən “Azərbaycanın Yeddi Marşrutu” adlı interaktiv proqram hazırlanıb. Proqramda ziyarətçilərə Azərbaycanın əsas…

Daha çox

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. SİA-nın xəbərinə görə, yolasalma Tərtər rayonu Bayraq meydanından olub. Bu mərhələdə Həsənrizə 114 nəfərdən ibarət 29 ailə köçürülür. Ümumilikdə isə bu gün də daxil olmaqla kəndə 119 ailə 420 nəfər köçürülüb. Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil,…

Daha çox