Azərbaycan və İran Astara Terminalında görülən işləri müzakirə edib

Azərbaycan və İran arasında bu ölkədə yerləşən Astara Terminalında görülən işlər müzakirə olunub. SİA “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, bu müzakirələr Səhmdar Cəmiyyətin sədri Rövşən Rüstəmovun İrana səfəri zamanı Astara Terminalında bu ölkənin Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşündə aparılıb. Görüşdə terminalın inkişafı ilə bağlı əsas mərhələlər və icra müddətləri, terminalda aparılan tikinti işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması müzakirə olunub. Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas elementlərindən olan Astara Terminalının tikintisi üzrə əsaslı işlər görülüb. Terminalın layihələndirmə işlərinin 90%-i, tikinti-quraşdırma işlərinin…

Daha çox

İlham Əliyev Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə zəng edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb. Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib. Azərbaycan və Özbəkistan prezidentləri yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunublar. Bu xüsusda iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində aparılan səmərəli müzakirələr və imzalanan sənədlər, həmçinin Özbəkistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən Zirvə toplantısında iştirakı qeyd edilib.…

Daha çox

Bakıda yeni metro stansiyalarının tikintisi ilə bağlı layihələndirilmə işlərinə start verilib

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Bakı Metropoliteni” QSC-də infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb. SİA Səhmra Cəmiyyətə istinadən xəbər verir ki, “Bakı Metropoliteni” ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin “Yüksel Proje” şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start verilib. Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi, həmçinin “İçərişəhər” stansiyasında keçid kamerası,…

Daha çox

İdman zamanı kofein istilik şəraitində performansı artıra bilər

Yaponiyanın Tsukuba Universitetində aparılan tədqiqat kofeinin istilik şəraitində uzunmüddətli məşq performansına təsirini araşdırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, kofein müxtəlif qida və içkilərdə mövcud olan və idman performansını yaxşılaşdırdığı məlum olan maddədir. Bununla belə, istilik kimi çətin ekoloji şəraitdə bu təsirlərin davamlı olub-olmadığına dair suallar uzun müddətdir elm adamlarını maraqlandırır. Əvvəlki tədqiqatlar göstərmişdi ki, məşqdən əvvəl qəbul edilən kofein bədən istiliyinin artması (hipertermiya), hiperventilyasiya və beyin qan axınının azalması kimi fizioloji təsirlərlə əlaqələndirilə və performansın azalmasına səbəb ola bilər. “Medicine & Science in Sports & Exercise” jurnalında dərc…

Daha çox

BMT-nin Yüksəksəviyyəli Dialoqunda Azərbaycanın mənzil siyasəti təqdim edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) ABŞ-nin Nyu-York şəhərində təşkil etdiyi Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində “Hər kəs üçün layiqli mənzil” mövzusunda Yüksəksəviyyəli Dialoqun bağlanış sessiyasında çıxış edib. SİA bu barədə komitəyə istinadən xəbər verir. Məlumata görə, sədr Azərbaycanın əlverişli mənzil və urbanizasiya sahəsində həyata keçirdiyi strategiyadan, davamlı və inklüziv şəhər inkişafı istiqamətində atılan addımlardan və bu sahədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) verdiyi töhfədən bəhs edib. O, bldirib ki, ölkəmizdə həyata keçirilən irimiqyaslı şəhərsalma və mənzil layihələri həm keyfiyyətli yaşayış imkanlarının genişləndirilməsinə,…

Daha çox

Fransada məhkəmə qərarı olmadan müsəlmanların hesabları dondurulur

Fransada son həftələrdə müsəlman intellektualların və nəşriyyatların maliyyə vəsaitlərinin məhkəmə qərarı olmadan dondurulması ilə bağlı qalmaqal geniş vüsət alıb. Hökumət bu tədbirləri terrorizmlə mübarizə ilə əsaslandırsada, hüquq müdafiəçiləri və zərərçəkənlər yanaşmanı antidemokratik hesab edirlər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, belə hallardan biri, Şato-Şinon şəhərində yerləşən Avropa İslam Elmləri İnstitutu (IESH) ilə bağlı yaşanıb. Bunun ardınca ən azı onlarla hüquqi şəxs Fransa Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə alınıb. Ən son olaraq, Ribat nəşriyyatının sahibi İssa Meyer sanksiyalara məruz qalıb. Ona qarşı hər hansı məhkəmə qərarı və ya sübut təqdim…

Daha çox

Küveyt Misir Mərkəzi Bankındakı əmanətlərini investisiyaya yönəldir

Küveyt Dövlətinin Misir Mərkəzi Bankındakı əmanətlərinin Misir Ərəb Respublikasında sərmayə qoyuluşuna transformasiyasının fəallaşdırılması müzakirə edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu məsələ Misir nəqliyyat naziri ilə Küveyt Nazirlər Şurasının sədri arasında əl-Küveytdə baş tutmuş görüşdə müzakirə olunub. “Bloomberg”in aprel ayında yaydığı məlumata görə, Küveytin Misir bankında depozitlərinin həcmi 4 milyard dollardır. Mənbənin bildirdiyinə görə, tərəflər bu məbləğin ən azı yarısını cari ilin sonunda investisiyaya yönəltmək haqqında razılığa gəliblər. Küveyt 2014-cü ildən bu məbləği Misir iqtisadiyyatını dəstəkləmək məqsədilə bankda saxlayırdı.

Daha çox