Ağdərə rayonundakı Sərsəng su anbarının ətrafında turizm infrastrukturu yaradılacaq. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Məlumata görə, bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib. Bu işləri “Apex Group” həyata keçirəcək.
Daha çoxDay: July 24, 2025
Bakıda yeni avtobus parkı tikiləcək
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində – Albalılıq adlanan ərazidə yeni avtobus parkı tikiləcək. SİA bu barədə “BakuBus” MMC-yə istinadən xəbər verir. Məlumata görə, tikinti işlərinə 12,9 milyon manat xərclənəcək.
Daha çoxTürkiyə səfiri Naxçıvanda səfərdədir
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Naxçıvana səfər edib. SİA xəbər verir ki, səfir nümayəndə heyəti ilə birgə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsinə dərin ehtiram ifadə olunub. Sonra Heydər Əliyev Muzeyində olan diplomat Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub.
Daha çoxUmerov İstanbul danışıqlarında Ukraynanın üç əsas şərtini açıqlayıb
Nümayəndə heyətinin rəhbəri nəticələr barədə Zelenskiyə məlumat verib İyulun 23-də İstanbulda Rusiya ilə aparılan danışıqlarda Ukrayna üç əsas şərt səsləndirib. SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerovun bəyanatına istinadən xəbər verir. Umerovun sözlərinə görə, o, Rusiya tərəfi ilə danışıqların nəticələri barədə Ukrayna prezidenti Vladimir Zelenskiyə məruzə edib. Ukraynanın əsas prioritetləri: Mülki və kritik infrastruktura qarşı bütün hücumların dayandırılmasını nəzərdə tutan tam və qeyd-şərtsiz atəşkəs. Ukrayna prezidenti Vladimir Zelenski ilə Vladimir Putin arasında digər ölkələrin liderləri – ABŞ prezidenti Donald…
Daha çoxAzərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,2 ABŞ dolları, yaxud 0,29 % azalaraq 69,19 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,70 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,19 ABŞ dolları və ya 0,28 % azalaraq 67,9 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çox146 ölkədən gənclər Vatikana toplaşacaqlar
Dünyanın 146 ölkəsindən olan 500 mindən çox gənc Vatikanda toplaşacaq. SIA xəbər verir ki, Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində iyulun 28-dən avqustun 3-dək Gənclər Yubileyi keçiriləcək. Gənclərin 68 faiz Avropadan, qalanları isə digər qitələrdən – xüsusilə müharibə zonalarından (Livan, İraq, Myanmar, Ukrayna, İsrail, Suriya və Sudan) gəlirlər. Onları qarşılamaq üçün 270 kilsə, 400 məktəb, 40 məktəbdənkənar sahə, mülki müdafiə mərkəzləri, idman zalları və ailələr səfərbər edilib. Həmin gənclər müxtəlif tədbirlərdə iştirak edəcək, kilsələrdə olacaq və görüşlərə qatılacaqlar.
Daha çoxİran AEBA-nın texniki heyətinin Tehrana səfərinə icazə verib
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) texniki heyəti yaxın həftələrdə Tehrana səfər edəcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə müsahibəsində deyib. “Nümayəndə heyəti İrana (nüvə) obyektləri ziyarət etmək üçün deyil, mexanizmlə bağlı müzakirələr aparmaq üçün gələcək”, – deyə o, əlavə edib. Vurğulanıb ki, İran Atom Enerjisi Təşkilatı hazırda nüvə obyektlərinə dəymiş ziyanı qiymətləndirir. Qəribabadi ABŞ-la danışıqların bərpa olunması məsələsini istisna etməyib. Lakin bildirib ki, indi danışıqların 6-cı raunduna hazırlaşmaq daha mühümdür. Bununla yanaşı, o, qeyd edib ki, danışıqlar ərzində İran…
Daha çoxZatulin ölkəmizin dünyada artan reytinqindən xoflanıb
Azərbaycanın dünya birliyindəki nüfuzunun sürətlə artması, mövqeyinin daha da möhkəmlənməsi bəzi anti-Azərbaycan dairələri ciddi təşvişə salıb. 2020-ci ildə cəmi 44 gün davam edən müharibədə Ermənistan və onun havadarları üzərində qazanılan parlaq qələbədən və üç il sonra Azərbaycan Ordusunun Qarabağda lokal antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi müstəqil dövlət olaraq gücümüzü dünyaya bəyan etdi. Artıq dünya ictimaiyyəti də Azərbaycan Prezidenti İlham Əliyevi güclü lider kimi qəbul edir. Bir neçə gün əvvəl Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından…
Daha çoxKamboca-Tailand sərhədində atışma olub
Kamboca ilə Tailand arasındakı mübahisəli ərazidə iki ölkənin hərbçiləri arasında atışma olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tailand ordusu atəşi ilk olaraq Kamboca əsgərlərinin başlatdığını açıqlayıb. Kamboca Müdafiə Nazirliyi də öz növbəsində açıqlama yayaraq, mübahisəli ərazidə sərhəd zonasında atışma olduğunu bildirib. Qeyd edək ki, Kamboca-Tailand sərhəd münaqişəsi iki ölkə sərhədində 2008-ci ildə silahlı toqquşmalarla başlayıb. Münaqişənin kökündə Kamboca və Tailand krallıqları arasında Preahvihear məbəd kompleksi ətrafındakı ərazilərə dair əsrlər boyu davam edən mübahisədir.
Daha çox“Sağ qalan ən güclü deyil, ən ehtiyatlı olandır…”
Rusiya elitası qorxu və paranoyya içində yaşayır. Qaydalar dəyişib… …Rusiyada yüksək səviyyəli hakimiyyətləri belə iflic edən səs-küylü həbslər, məhkumluqlar və müəmmalı ölümlər silsiləsi davam edir. Son hadisə – keçmiş nəqliyyat naziri Roman Starovoytun intiharı ölkənin siyasi elitasını şoka salıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Telegraph yazır. Rusiya prezidenti administrasiyasının adının çəkilməsini istəməyən keçmiş məmuru… “dəhşətli görünür”,-deyə bildirib: “…həbslər, ölümlər, qalmaqallar… Adamlar öz-özlərini sındırdılar”. …İyulun 7-də Kursk vilayətinin 53 yaşlı keçmiş qubernatoru Starovoit külli miqdarda mənimsəmə ittihamı ilə istintaq altında olarkən intihar edib.…
Daha çox