” Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “Dayanıqlı inkişafda yaşıl hidrogen enerji mənbələrinin rolu” ilə adlı layihəsini həyata keçirir. Layihənin məqsədi regionlarda enerji sektorunun dayanıqlı inkişafına töhfə vermək, bərpa olunan enerji mənbələrinin yerli şəbəkələrə inteqrasiyasını gücləndirməsi ilə maarifləndirici tədbirlərin həyata keçirlməsindən ibarətdir. Bununla bağlı layihə rəhbəri Rahilə Mehdiyeva bildirdidi ki,biz layihə çərçivəsində Kürdəmir və Hacıqabul rayonlarında aidiyyatı qurumların nümayəndələrinin, gənclərin,yerli bələdiyyə və icma nümayəndələrinin iştirakı ilə olaraq dəyirmi masa ətrafında davam etdirildi.Keçirilən tədbirlərdə əvvəlcə çıxış edən, layihə rəhbəri, QHT sədri Rahilə Mehdiyeva layihə haqqında məlumat verdi. Sonra tədbirdə iştirak edən layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzu ilə bağlı geniş çıxış edərək, qeyd etdi ki , gələcək də yaşıl hidrogen, külək və günəş kimi bərpa olunan enerji mənbələrinin gücündən istifadə etməklə, ağır nəqliyyat və istehsalat kimi elektrikləşdirilməsi çətin olan sənaye sahələrinin karbondan təmizlənməsinə kömək edə bilər. Bu layihələr qlobal karbon izlərini azaltmaq və enerji təhlükəsizliyini təşviq etmək üçün yaşıl hidrogenin potensialı haqqında məlumatlılığı artırmaq məqsədini daşıyır. Bu innovativ texnologiya haqqında ictimaiyyətin maarifləndirilməsi davamlı enerji həllərinin iqtisadi artıma, ətraf mühitin mühafizəsinə və sosial tərəqqiyə necə təkan verə biləcəyini düşünürük. O, eyni zamanda həyata keçirilən külək və günəş enerjisinin səmərəliliyi haqqında da geniş məlumat verdi.Tədbirdə müstəqil ekspert qismində iştirak edən Kürdəmir rayonundan F. Mustafayev,Hacıqabul rayonundan Həcərxanım Nəzərova çıxış edərək, rayonlarda keçirilən belə layihə tədbirlərində yaxından iştirak edərək, geniş əməkdaşlıq etdiklərini,gənclərin bu sahədə maraqlı təşəbbüslərlə çıxış etdilər. Keçirilən tədbirlərin sonunda də layihə çərçivəsində hazırlanmış sumka və dəftərxana materialları iştirakçılara paylanılaraq tədbir yekunlaşdı.
QHT səsdi onu da vurğuladı ki,Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə keçirilən layihə çərçivəsində Səs TV də canlı verlişlər də nümayiş olunur.