Nəhəng asteroid Yerə yaxınlaşır…


Astronomlar ölçüləri ilə Piza qülləsi ilə müqayisə edilə biləcək böyük asteroidin planetimizin yanından keçəcəyini müşahidə ediblər.

Onlar onu göy cisminin Yerə ən yaxın yaxınlaşması ərəfəsində kəşf ediblər.

SİA-nın məlumatına görə, asteroidə 2025 OW adı verilib və NASA-nın verdiyi məlumata görə, onun iyulun 28-də, bazar ertəsi Yerə təxminən 600 min kilometr məsafədə yaxınlaşacağı gözlənilir.

Reaktiv Hərəkət Laboratoriyasına (JPL) görə, asteroid bir həftə ərzində Yer kürəsinin yaxınlığından keçəcəyi gözlənilən beş yaxın kosmik cisimdən biridir.

Ölçüləri 30 ilə 60 metr arasında dəyişən daha iki asteroidin cümə axşamı günü 1,5 milyon kilometrdən çox təhlükəsiz məsafədən uçması gözlənilir.

Bundan əlavə, şənbə günü Yerə daha bir kiçik asteroid yaxınlaşacaq. Bununla belə, bu qrupda ən böyüyü 2025 OW-dir.

Onun ölçüsünü 15 mərtəbəli binanın və ya böyük bir sərnişin təyyarəsinin hündürlüyü ilə müqayisə etmək olar.

Obyektin diametri 64 metrdir. Yerdən Aya qədər olan məsafənin təxminən 384 min kilometr olduğunu nəzərə alsaq, 2025 OW-nin uçacağı minimum məsafə təxminən 632 min kilometr olacaq.

NASA mütəxəssisləri 2025 OW asteroidinin planetimiz üçün dərhal təhlükə yaratmadığını qeyd etsə də, bu ölçüdə olan obyektlərin sıx məskunlaşan ərazilər üzərindən atmosferə daxil olarsa, binaları zədələmək və ya pəncərələri sındırmaq kimi lokal dağıntılara səbəb ola biləcəyini də qeyd edirlər.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər