Avropa İttifaqı yeni sərhəd nəzarəti qaydaları tətbiq edir

2025-ci ilin iyul ayının sonundan etibarən Avropa İttifaqının Şengen zonasının xarici sərhədlərində yeni sərhəd nəzarəti qaydaları qüvvəyə minəcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Aİ Şurasının qərarına uyğun olaraq, Avropa İttifaqının xarici sərhədini keçdiyi zaman Aİ-dən kənar ölkələrin bütün vətəndaşlarının məlumatlarının qeydiyyata alınması üçün “giriş-çıxış” (Entry/Exit System, EES) rəqəmsal sisteminin mərhələli şəkildə istifadəyə verilməsinə başlanılır. Bəs sərhəddə nə qeydə alınacaq? Sistem avtomatik olaraq ad və soyad, barmaq izləri, üz fotosu (biometrik məlumatlar), giriş-çıxış tarixi və vaxtını, həmçinin sərhədin keçildiyi nöqtəni qeydiyyata alacaq. EES həm viza rejiminə malik üçüncü ölkələrin…

Daha çox

Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah səhər saatlarından başlayaraq 27 iyul axşam saatlarına qədər bir sıra ünvanlarda yol təmir işləri aparılacaq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar aşağıdakılardır: – Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində (Dilarə Əliyeva küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək); – Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində (Mətbuat prospektindən İnşaatçılar prospektinədək); – Nərimanov rayonu Məmməd Araz küçəsində (Azadlıq prospektindən Atatürk prospektinədək). Nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılacağı yollar isə…

Daha çox

Tramp Rusiya ilə nüvə tərksilahını müzakirə etməyə hazır olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp TASS-a açıqlamasında bildirib ki, Amerika tərəfi Rusiya ilə nüvə tərksilahı perspektivlərini müzakirə etmək niyyətindədir. SİA xəbər verir ki, onun sözlərinə görə, Strateji Silahların Azaldılması Müqaviləsi (START) müddətinin tezliklə başa çatması qlobal ictimaiyyət üçün problemdir. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xatırladıb ki, Rusiya nüvə doktrinasının bütün müddəaları, o cümlədən nüvə ölkələrinin qeyri-nüvə dövlətlərini “təhrik etmək” məsuliyyəti qüvvədə qalır. O qeyd edib ki, Moskva bütün maraqlı tərəfləri birbaşa Rusiya-Ukrayna danışıqlarının aparılması üçün Kiyevə təzyiq göstərməyə çağırır. Aprelin sonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan…

Daha çox

Şəhid Heybətalı Məmmədovun xatirəsinə bulaq-abidə tikilir

Dünya tarixində müxtəlif imperiyalar, dövlətlər olub ki, onlar bəşəriyyətin idarə edilməsində böyük gücə, qüdrətə malik olublar. Lakin ortaya yeni güclərin çıxması və siyasi, iqtisadi vəziyyətin dəyişməsi həmin iddialı imperiyaların sıradan çıxmasına gətirib çıxarıb. Bu baxımdan zamanında dünya siyasətində və hərb meydanında qüdrətli görünən imperiyaların bu gün kiçicik dövlətləri belə yoxdur. Eyni zamanda tarixin arxivinə qovuşan həmin imperiyalar ağılın gücü əsasında deyil, qolun, hərbi silah –sursatın gücünə arxalanmaqla formalaşmışdılar. Nəticədə silah-sursata arxalanan imperiyalar ağılın zəkası ilə formalaşan yeni dövlətlərə uduzdular. Təəssüflər olsun ki, xalqlar dövlətçiliklərinin itirilməsi ilə barışıdılar, mübarizə aparmaqdan çəkindilər.…

Daha çox

BVF ilə makroiqtisadi və makrofiskal proseslər müzakirə olunub

Maliyyə naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, görüş zamanı ölkədə baş verən makroiqtisadi və makrofiskal proseslər, ilin sonuna və ortamüddətli perspektivlər, eləcə də son dövrlərdə həyata keçirilmiş təşəbbüslər və planlar, həmçinin növbəti ilin əvvəllərində keçirilməsi planlaşdırılan BVF-nin IV Maddə üzrə məsləhətləşmələr missiyası ilə bağlı müzakirələr aparılıb. BVF nümayəndə heyətinə növbəti ortamüddətli dövr üzrə makrofiskal çərçivənin komponentləri, gəlir və xərc siyasətinin əsas istiqamətləri, dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahatlar və…

Daha çox

Milli Məclis bəyanat yayıb

Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb. SİA AZƏRTAC-a istinadən bəyanatı təqdim edir: “Bu günlərdə Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsinin müəlliflərinin kimliyi artıq həmin layihənin mahiyyətini açıq şəkildə ortaya qoyur. Regionumuzda baş verən proseslərə növbəti müdaxilə cəhdi olan bu layihədə adəti üzrə reallıqlar təhrif olunur, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirilir və ölkəmiz…

Daha çox

Saratovda beşinci cəsəd tapılıb…

Saratovda, qismən uçmuş çoxmərtəbəli yaşayış binasında dağıntılar altından daha bir vəfat etmiş sakininin meyiti tapılıb. …Xilasedicilər dağıntıları təmizləyərkən daha bir ölmüş şəxsin cəsədini aşkar ediblər. Hazırda ölənlərin ümumi sayı 1-i uşaq olmaqla 5 nəfərdir. SİA-nın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib. P.S: Saratovda uşağı olan kişi möcüzəvi şəkildə uçmaqda olan hündürmərtəbəli binanın altından qaçaraq videoya düşüb. Nazlı Almuradova

Daha çox

Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirilib

İyulun 25-də Daxili İşlər Nazirliyində (DİN) işğaldan azad olunmuş ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar olaraq onlayn formatda əməliyyat müşavirəsi keçirilib. SİA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə bölgədə mövcud əməliyyat şəraiti, şəxsi heyətin xidməti fəaliyyəti və əhali ilə qurulmuş qarşılıqlı əlaqə təhlil edilib. Vurğulanıb ki, həmin ərazilərdə ictimai qaydanın qorunması, yerli əhalinin, turistlərin, eləcə də əmlak və şəxsi təhlükəsizliyin təmin olunması, maarifləndirici-profilaktik tədbirlərin davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla diqqətdə…

Daha çox

Tramp Makronun Fələstini tanımaq qərarını qiymətləndirib…

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun Fələstini rəsmən tanımaq təşəbbüsünü dəstəkləməkdən imtina edib. Onun sözlərini Reuters agentliyi yayıb. …Onun dedikləri heç bir əhəmiyyət kəsb etmir. O, yaxşı oğlandır, mən ona hörmət edirəm, amma bu bəyanatın heç bir mənası yoxdur. Bunu Amerika lideri qeyd edib. Bundan əvvəl Makron bildirib ki, Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacaq. O qeyd edib ki, Qəzzada müharibənin dayandırılması və mülki əhaliyə lazımi dəstəyin göstərilməsi son dərəcə vacibdir. Buna cavab olaraq ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Makronun…

Daha çox