Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib. SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 330 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Daha çox

Ucuz kərə yağlarının tərkibində nə var?

“Qidalanmamızda səhv etməmək üçün ilk olaraq sağlam qidanın nə olduğunu dərk etməliyik”. Bu sözləri SİA-ya açıqlamasında qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Orqanizmin böyüməsi, inkişafı, günlük həyat prosesləri kimi funksiyaları yerinə yetirməsi üçün balanslı və yetərli miqdarda zəngin qida elementləri ilə qidalanması sağlam qidalanma adlanır. Hansı qidanı hansı zamanda, miqdarda və şərtdə qəbul etmək də önəmlidir. Hal-hazırda qidalarda “inkişaf” prosesi gedir. Çünki “inkişaf” artdıqca qidaların tərkibi azalır və ucuz keyfiyyətsiz mallar daha çox istehsal olunur. Bu da faktdır ki, bəzi nəhəng qida və dərman şirkətləri…

Daha çox

Agentliyin dəstəyi ilə maarifləndirmə tədbirlər davam edir

” Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “Dayanıqlı inkişafda yaşıl hidrogen enerji mənbələrinin rolu” ilə adlı layihəsini həyata keçirir. Layihənin məqsədi regionlarda enerji sektorunun dayanıqlı inkişafına töhfə vermək, bərpa olunan enerji mənbələrinin yerli şəbəkələrə inteqrasiyasını gücləndirməsi ilə maarifləndirici tədbirlərin həyata keçirlməsindən ibarətdir. Bununla bağlı layihə rəhbəri Rahilə Mehdiyeva bildirdidi ki,biz layihə çərçivəsində Kürdəmir və Hacıqabul rayonlarında aidiyyatı qurumların nümayəndələrinin, gənclərin,yerli bələdiyyə və icma nümayəndələrinin iştirakı ilə olaraq dəyirmi masa ətrafında davam etdirildi.Keçirilən tədbirlərdə əvvəlcə çıxış edən, layihə rəhbəri, QHT…

Daha çox

Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Sabah səhər saatlarından başlayaraq iyulun 27-si axşam saatlarına qədər Bakıda bəzi ünvanlarda yol təmir işləri aparılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, təmir işləri ilə əlaqədar aşağıda qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və tam olmaqla məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar: – Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində (Dilarə Əliyeva küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək); – Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində (Mətbuat prospektindən İnşaatçılar prospektinədək); – Nərimanov rayonu Məmməd Araz küçəsində (Azadlıq prospektindən Atatürk prospektinədək). Hərəkətin tam məhdudlaşdırılacağı yollar:…

Daha çox

AMB “Premium Bank” və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Premium Bank” ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən “Premium Bank” 50 min manat, 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə bankın vəzifəli şəxsi 10 min manat cərimə edilib.

Daha çox

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, uçuşlardan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları çatdırılıb. Daha sonra helikopterlərə nəzarət baxışı keçirilib. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər. Təlim-məşq uçuşlarında yüksək peşəkarlıq nümayiş etdirən hərbi pilotlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.…

Daha çox

Azərbaycan balığı Avropa ölkələrinə ixrac olunacaq

Azərbaycandan Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixrac icazəsi 2025-2026-cı illərdə də qüvvədə saxlanılır. SİA xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qeyd edilib ki, Agentlik tərəfindən balıq məhsullarının da Aİ bazarlarına çıxış imkanlarının təmin edilməsi məqsədilə Monitorinq Planı hazırlanıb və Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edilib. Beləliklə, Avropanın müvafiq qurumu tərəfindən texniki qiymətləndirmə aparılaraq Azərbaycan balığının Aİ-yə ixracı məqsədi ilə hazırlanan Monitorinq Planı uyğun olduğu üçün qəbul edilib.

Daha çox

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunda seçiciləri ilə növbəti görüşünü keçirib. Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə seçicilərin müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Daha çox

Borcunu qaytarmayan adamı nə gözləyir?

“Mülki Məcəllənin 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib. Turan Abdullazadə sözlərinə belə davam edib: “Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya…

Daha çox