“Turizm əhəmiyyətli kəndlərdə məişət tullantıların idarəolunmasına dəstək” layihəsi icra olunur

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə dəstəyi ilə Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən iki ay müddətində Quba rayonun Alpan və Qəçrəş kəndlərində icra olunmuşdur. Layihə ekoloji və turizm baxımında xüsusi əhəmiyyətə malik olan ərazilərdə tullantıların idarəolunmasına, vətəndaşlarda tullantıların idarə edilməsi mədəniyyətini formalşadırmaqla ətraf mühitin mühafizəsinə hədəflənib. Bu gün məişət tullantıların idarə edilməsi insan cəmiyyəti üçün ciddi bir problemə çevrilib. Xüsusəndə tullantıların insan həyatına və təbiətə vurduğu ziyan hər gün artır, qarşısı alınmaz ekoloji problemlərin dərinləşməsinə, tullantıya məruz qalan ərazilərin ölçüsünün böyüməsinə səbəb olur. Layihə çərçivəsində…

Daha çox

Azərbaycan “Albayrak Holdinq”lə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Türkiyənin “Albayrak Holdinq” arasında əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsində hesabında bildirib. O qeyd edib ki, müzakirələr Holdinqin İdarə Heyətinin üzvü Məhəmməd Sinan Albayrakın ölkəyə səfərləri çərçivəsində keçirilmiş görüşdə baş tutub: “Görüşümüzdə Azərbaycana investisiya qoyuluşu müzakirə edilib”.

Daha çox

Əli Əsədov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Somali ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb. İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Görüş zamanı Azərbaycanla Somali arasında sərmayə qoyuluşu, kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Daha çox

Azərbaycan mehmanxanalarının gəlirləri 9 %-dən çox artıb

Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % artaraq 290 milyon manat olub. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bunun 60,4 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,5 %-i ictimai iaşə xidmətlərindən, 3,2 %i müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 21,4 % təşkil edib (2024-cü ilin eyni dövründə 21,1 %). Bu göstərici…

Daha çox

“Rusiyanın bu addımı müəyyən mənada başadüşüləndir”

“Rusiya Azərbaycanla gərginliyi azaltmaq və problemləri həll etmək əvəzinə, indi də bəzi politoloqları və deputatları önə sürür. Açıq şəkildə anti-Azərbaycan isteriyasını alovlandırmaq məqsədi daşıyan bu çıxışlar çox zaman təhqir və hədələrlə müşayiət olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Turan Rzayev sözlərinə belə davam edib: “Aydın məsələdir ki, Rusiyada bəzi deputatların, politoloqların və mediada çıxış edən ekspertlərin son dövrlərdə sərgilədiyi anti-Azərbaycan ritorikası bəzi istisnalar xaric fərdi fikirlər deyil. Bu, açıq şəkildə Kremlin informasiya sistemində vahid mərkəzdən gələn tapşırığın nəticəsidir. Ritorika ilk baxışdan fərdi təşəbbüs kimi təqdim olunsa…

Daha çox

Qarabağ Dirçəliş Fondunun borc qiymətli kağızlara investisiyaları 20% artıb

Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun (QDF) borc qiymətli kağızlara investisiyaları 1 milyard 188,844 milyon manat təşkil edib. SİA Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 20 % çoxdur. QDF-nin borc qiymətli kağızlara investisiyalarının 73,4 %-i və yaxud 873,057 milyon manatı uzunmüddətli (1 il əvvələ nisbətən 30 % çox), 26,6 %-i və yaxud 315,787 milyon manatı isə qısamüddətli (0,7 % az) olub. İl ərzində Fondun borc qiymətli kağızlara investisiyalarının onun aktivlərindəki payı 6,4 faiz bəndi artaraq 67,1 %-dən 73,5 %-ə çatıb. Xatırladaq…

Daha çox

Avropada təbii qaz cüzi ucuzlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 393 ABŞ dolları civarında qərarlaşıb. SİA xəbər verir ki, 25 iyul tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə avqust fyuçerslərinin qiyməti 393,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (393,4 dollar) ilə müqayisədə 0,1% azdır. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Daha çox

Nazirlər Kabineti sürücülər üçün Tədris Proqramını təsdiqləyib

Nazirlər Kabineti 11 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Proqrama “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə,…

Daha çox

Dövlət Əmək Müfəttişliyi Xidmətinin xərcləri 14 dəfədən çox artıb

2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin xərcləri 1,033 milyon manat təşkil edib. SİA Xidmətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 14,2 dəfə çoxdur. Ötən il qurumun inzibati xərcləri 852 min manat (11,7 dəfə çox), digər xərcləri isə 182 min manat (kəskin artıb) təşkil edib. Bu il yanvarın 1-nə Dövlət Əmək Müfəttişliyi Xidmətinin həm aktivləri, həm də balans kapitalı 1,733 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 dəfə çoxdur. Xidmətin öhdəlikləri olmayıb. Xatırladaq ki, Dövlət Əmək Müfəttişliyi Xidməti 2011-ci…

Daha çox

Dövlət Xidmətində hərbi xidmətlə bağlı iyul çağırışının gedişatı müzakirə olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə iyul çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib. Bu barədə SİA-ya Xidmətdən məlumat verilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub. Dövlət Xidməti tərəfindən 2025-ci ilin iyul çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli…

Daha çox