Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət edib. Bu barədə SİA-ya BDYPİ-dən məlumat verilib. Bildirilib ki, yolda hərəkət zamanı təkcə sürətə, manevrlərə və qaydalara deyil, həm də ətraf mühitə olan münasibətimizə görə məsuliyyət daşıyırıq. Təəssüf ki, bəzi hallarda nəqliyyat vasitələrinin salonundan tullantılar birbaşa yola və ya yol kənarına atılır. “Unutmaq olmaz ki, bu cür davranış aşağıdakı mənfi nəticələrə səbəb olur: – Yolun çirklənməsi – nəticədə təkcə görünüş yox, həm də yolun funksional təhlükəsizliyi pozulur; – Yanğın təhlükəsi – atılan siqaret kötüyü quru otluqda yanğına…
Daha çoxDay: July 25, 2025
Azərbaycanda 6 ayda dövlət xəttilə 233 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 232,9 milyon manat kredit verilib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 11,8 %artaraq 218,3 milyon manat olub. Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 10 % artaraq 330 milyon manat olub, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,7 % azalaraq 42,6 milyonmanat olub.
Daha çox“Böyük Qayıdış Azərbaycanın gələcək inkişaf vizyonunun əsas sütunlarından biridir”
“Böyük Qayıdış prosesi Azərbaycanın müasir tarixində strateji əhəmiyyət daşıyan və siyasi, iqtisadi, sosial baxımdan çoxşaxəli şəkildə planlaşdırılan genişmiqyaslı bir layihədir. Bu proses təkcə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı deyil, eyni zamanda regionun dayanıqlı inkişafını, milli birliyin güclənməsini və post-münaqişə dövründə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulmasını hədəfləyir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti Böyük Qayıdış proqramını mərhələli və sistemli şəkildə həyata keçirir. Əvvəlcə azad olunmuş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi həyata keçirildi ki, bu da təhlükəsiz qayıdışın təmin edilməsi baxımından…
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
İyulun 24-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,70% – 44,693.91 bəndədək azalıb, S&P 500 indeksi 0,07% – 6,363.35 bəndədək, Nasdaq indeksi isə 0,18% – 21,057.96 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyulun 24-də FTSE 100 indeksi 0.85% – 9,138.37 bəndədək, Almaniyanın DAX indeksi 0.23% – 24,295.93 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.41% – 7,818.28 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,08% azalaraq 1.1740 dollar təşkil edib. Your browser does not support the video tag. Sizin reklam yeriniz
Daha çoxAzercell-in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
Mobil operator qızların İKT sahəsində iştirakının təşviqinə davam edir 14–20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində keçirilmiş 5-ci Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) azərbaycanlı məktəbli qızlar yüksək nəticələr göstəriblər. Ölkəmizi uğurla təmsil edən Bakı şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin X sinif şagirdi Rahidil Bayramlı və Gəncə şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin XI sinif şagirdi Ayan Kərimova bürünc medala, Bakı şəhəri, eyni liseyin X sinif şagirdi Aytən İskəndərova isə həvəsləndirici mükafata layiq görülüb. Beynəlxalq İnformatika Olimpiadasının (IOI) formatında təşkil olunmuş müsabiqəyə 61 ölkədən 200-dən çox…
Daha çoxNyu-York birjasında təbii qazın qiyməti enib
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, avqustda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,55% azalaraq 3,099 ABŞ dolları təşkil edib.
Daha çoxDronlar Rusiyanın səkkiz hava limanında əməliyyatları iflic edir
Pilotsuz təyyarələrin hücumu səbəbindən 25 reys təxirə salınıb… Rusiyanın səkkiz hava limanında “Xalça” planı eyni anda tətbiq edilib. Səbəb dron hücumu olub. SİA-nın məlumatına görə, RBC-Ukrayna bu barədə Rusiyanın ictimai səhifələrinə istinadən xəbər verir. Xüsusilə, Vladiqafqaz, Qroznı, Maqas, Mineralnıye Vodı, Nalçik, Stavropol, Soçi və Tambov hava limanlarında uçuşlar dayandırılıb. Bu aerodromların üstündəki hava məkanı müvəqqəti olaraq bağlıdır. Pilotsuz təyyarələrin hücumu səbəbindən 25 reys təxirə salınıb. Əlavə edək ki, təkcə Soçi hava limanında 45 təyyarə pilotsuz uçuş aparatları səbəbindən uçuş və enişdə gecikir. Sərnişinlər xüsusilə əsəbi…
Daha çoxBahar Muradova Qusarda vətəndaşların müraciətlərini dinləyəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 1-də saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək, onların müraciətlərini dinləyəcək. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, görüşdə Qusar və Quba rayon sakinlərinin müraciətlərinə baxılacaq.
Daha çoxRamin Məmmədov Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası ilə memorandum imzalayacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər edəcək. SİA xəbər verir ki, səfər çərçivəsində Vatikan şəhərində “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu”nun imzalanması planlaşdırılır. Memorandum hər iki qurumun səlahiyyətləri çərçivəsində dinlərarası dialoqun təşviqi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Sənədin imzalanmasında əsas məqsəd mədəni və dini irsin qorunması, habelə dini təhsil müəssisələri arasında əməkdaşlığın, dinlərarası dialoqun qlobal səviyyədə təşviqi istiqamətində əlaqələrin dərinləşdirilməsinə töhfə verməkdən ibarətdir. İyulun 30-dək…
Daha çoxƏmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə cüzi bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,35% azalaraq 3 361,6 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,02% artaraq 39,23 ABŞ dolları olub.
Daha çox